hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Partiya sədri: “Bunu yaşamaq hər xalqa qismət olmur”

Partiya sədri: “Bunu yaşamaq hər xalqa qismət olmur”

“15 sentyabr tarixi xalqımızın yaddaşına əbədi həkk olunmuş bir tarixdir. 15 sentyabr qardaşın qardaşa ehtiyacı olduğunda iki əli qanda da olsa yardım üçün özünü yetirdiyinin əyani sübutudur. Birinci Dünya Müharibəsi zamanı saysız-hesabsız problemlərin məngənəsində olan qardaşlarımız, Azərbaycandakı qardaşlarının köməyinə çatmaq haqqında qərar verərkən bir an belə tərəddüd etmədilər”.

Cebhe.info xəbər verir ki, bunu AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, tarixdə belə hadisələrin bənzərinə rast gəlmək, bunu yaşamaq hər xalqa qismət olmur:

“Eləcə də Azərbaycan və Türkiyə qardaşlığı 1915-ci ildə Çanaqqalada axıdılan Azərbaycan şəhidlərinin qanlarıyla, 1918-ci ildə axıdılan Osmanlı şəhidlərinin qanlarıyla bir daha əbədiləşib. Allah 1918-ci ildə Bakını ingilis-rus-erməni işğalından xilas edən Qafqaz İslam Ordusunun şəhidlərinə və o qutlu ordunun komandanı Nuru Paşaya rəhmət etsin”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6238