t Partiya sədrinin himnlə bağlı fikri etiraz doğurdu: “Onun özünü dəyişmək lazımdır”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Partiya sədrinin himnlə bağlı fikri etiraz doğurdu: “Onun özünü dəyişmək lazımdır”

Partiya sədrinin himnlə bağlı fikri etiraz doğurdu: “Onun özünü dəyişmək lazımdır”

Rusiyanın  məşhur rejissoru Nikita Mixalkov Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovskinin "Rusiya himnini dəyişmək  lazımdır" təklifinə cavab verib. 

Cebhe.info xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

"Jirinovskini dəyişmək lazımdır, himni yox!", - deyə N.Mixalkov münasibət bildirib.

Qeyd edək ki, Jirinovski bir müddət əvvəl bildirmişdi ki, Rusiyanın himni uzundur, onu qısaltmaq lazımdır. Onun fikrinə görə, bu səbəbdən yaşlılar və uşaqlar himni oxuyarkən çətinliklə üzləşir.

Xatırladaq ki, SSRI himni ilə əvəz olunan Rusiya himninin sözləri Sergey Mixalkova, musiqisi isə Aleksandr Aleksandrova məxsusdur. Rusiya himni 2000 - ci ildə təsdiq edilib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1519