hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Partiyalar bələdiyyəyə hazırlaşır: Sənəd toplayan kim, pulsuz efir almaq istəyən kim - SORĞU

Partiyalar bələdiyyəyə hazırlaşır: Sənəd toplayan kim, pulsuz efir almaq istəyən kim - SORĞU

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkisi  keçiriləcək. Artıq seçki kampaniyasına başlanılıb. 

Cebhe.info partiyaların bələdiyyə seçkilərinə necə hazırlaşdıqlarını öyrənib. 

AXCP-nin mətbuat katibi Vüsal Qarayev Cebhe.info-ya açıqlamasında bələdiyyə seçkiləri ilə bağlı namizədlərin sənədlərinin topladıqlarını deyib:

“Bələdiyyə seçkiləri ilə bağlı təşkilatlanmanı gücləndiririk. Bütün şöbələrdə iclaslar keçirir və şöbələrin bəzilərini yenidən qururuq. Namizədlərimizi müəyyənləşdiririk. Artıq bununla bağlı əksər namizədlərin sənədlərini toplamışıq. İşimizin proteti əvvəl bələdiyyə, ondan sonra isə parlament seçkiləridir. Yalnız rayonlarda deyil, Bakı şəhərindəki şöbələrimizdən də namizədlərimiz olacaq. Çalışacağıq ki, çox namizədlə və təşkilatlanmış şəkildə seçkiyə gedək”. 

AĞ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında bələdiyyə seçkilərinə xüsusi bir hazırlıq görmədiklərini deyib:

“Azərbaycanda bələdiyyə sistemi heç bir effektə, səlahiyyətə və təsir imkanlarına malik bir struktur deyil. Bələdiyyə sistemi icra hakimiyyətinin 5-ci təkəri roluna gətirilib. Belə bir struktura görə enerji sərf edib hansısa addımlar ataraq fəaliyyət göstərməyi də siyasi baxımdan rentabelli hesab etmirik. Ona görə də biz bələdiyyə seçkilərinə xüsusi hazırlaşmırıq. Amma gənc üzvlərimizdən kimlər həvəsli olarsa, seçki prosesini təkmilləşdirmək, öz təcrübələrini artırmaq üçün namizədliklərini verəcəklər. Bələdiyyə seçkilərini boykot etmirik. Amma bu istiqamətdə xüsusi hazırlıq da görmürük”. 

Ümid Partiyasının sədr müavini Tamilla Qulami bələdiyyə seçkisinə qatılmağın əsas priotetlərdən biri olduğunu deyib:

“İstər bələdiyyə, istərsə də parlament seçkilərinə qatılmaq əsas prioritlərimizdən biridir. Bələdiyyə seçkilərinə qatılmaq üçün artıq rayon üzrə ilkin namizədlərimizin siyahısı hazırlanıb. Gələn həftədən səfərlərimiz, namizədlərin təbliğatı və təqdimatları başlanacaq. Şəhərdə də namizədlərimiz var. Hələ ki, namizədlərimizin sayı tam məlum olmasa da, çalışırıq ki, pulsuz efir vaxtı almaq üçün 900 namizədlə təmsil olunaq. Hər zaman namizədlərimiz kifayət qədər olub. Lakin həmin namizədləri azaltmağa çalışıblar ki, pulsuz efir vaxtı verilməsin”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 12508