hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Partiyaların reytinqi AÇIQLANDI-SORĞU

Partiyaların reytinqi AÇIQLANDI-SORĞU

Avrasiya Araşdırma Şirkəti Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların reytinqini müəyyən edən sorğu keçirib. Cebhe.info xəbər verir ki, şirkətin rəhbəri Kamal Özkiraz “Youtube” internet kanalında yayınlanan “Siyasi gündəm” verilişində sorğunun nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, bu gün ölkədə seçki keçirilərsə seçicilərin 35 faizi hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verəcəyini bildirib. “Ana müxalifət” Cümhuriyyət Xalq Partiyası (CHP) rəyi soruşulanların 28.4 faizinin səsini alıb.

Üçüncü yerdə 12.4 faizlər İyi Partiya gəlir. Kürdlərin partiyası hesab edilən Xalqların Demokratik Birliyi isə 11.7 faiz səs alıb. Milliyyətçi cameənin əsas partiyası olan MHP cəmi 7.4 faiz səs toplayıb.

Ekspertlər hesab edir ki, hakim partiyanın mövqeyinin möhkəmlənməsində “Aya Sofya”nın məscidə çevrilməsi ilə bağlı qərarın böyük rolu olub. Qeyd edək ki, Avrasiya Araşdırma Şirkəti müxalifətə yaxın təşkilat hesab edilir.

Aydın
Cebhe.info


Oxunma sayı: 2982