hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Paşinyan dalana dirənib: Müdafiə naziri tapa bilmir

Paşinyan dalana dirənib: Müdafiə naziri tapa bilmir

“Ermənistanda parlament seçkisi geridə qalarkən və Nikol Paşinyan mövqeyini yenidən gücləndirərkən müdafiə naziri Vaqarşak Arutyunyan qəfil istefa verdi. Bunun səbəbi nədir?”

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əslində Vaqarşak Arutyunyan hərbi rütbəsinə və nazir postuna görə Nikol Paşinyana minnətdar olmalı idi:

“Çünki Arutunyan Ermənistanın 1999-2000-ci illərdə nazir postunu tutmuş və eks-prezident Robert Köçəryan onu bu vəzifədən ağır ittihamlarla qovmuşdu. Paşinyan 2020-ci ildə Arutunyana rütbəsini qaytararaq onu özünə hərbi müşavir vəzifəsinə təyin etdi. Arutunyan müharibədə məğlubiyyətdən sonra nazir təyin edildi.

Əgər Arutunyan məğlubiyyətə şərik olmaq istəmirdisə, elə o zaman nazir vəzifəsindən imtina etməliydi. Etmədi və məğlubiyyətə şərik oldu. Əksinə Arutunyan qiyamçı Baş qərargah rəisi Onik Qasparyanın sakitcə kreslosunu boşaltmaqda Paşinyana yardım etdi və bununla hərbi çevrilişin qarşısını aldı.

Azərbaycan Ermənistanla sərhədə nəzarəti gücləndirib və atəşə daha artıq atəşlə cavab verir. Ermənistan ordusu Azərbaycan sərhədçilərini Qaragöl gölündən uzaqlaşdırmağa risq etmədi, növbəti toqquşmadan qorxdu. Müharibədə məğlubiyyətdən sonrakı hadisələr də Ermənistan ordusunun nüfuzunu aşağı salmaqdadır.

Vaqarşak Arutyunyan özü bacarmadığını Rusiya hərbçilərinin əli ilə etməyə çalışdı, ancaq bu da alınmadı, Moskva sərhədin müəyyənləşməsinə qarışmaq istəmədi. Bu vəziyyətdə Vaqarşak Arutyunyan istefaya üstünlük verdi. Onun ya Təhlükəsizlik Şurasının katibi, ya da Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunacağı ehtimalları var.

Beləliklə, Nikol Paşinyan yeni müdafiə naziri tapmalıdır. Ermənistan üçün indiki ağır vəziyyətdə generallar arasında müdafiə naziri olmaq istəyənlərin sayı çox deyil”.

Cebhe.info


Oxunma sayı: 606