hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi

Ermənistan baş naziri Nikol Paşinyan bir müddət öncə “Mənim addımım” Blokunun deputatları ilə görüşüb.

Məlumatı “Joxovurd” öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, görüş noyabrın 5-də qapalı şəraitdə keçirilib.

Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Ermənistanla qondarma Qarabağ rejiminin münasibətləri, cəbhənin təmas xəttindəki vəziyyət olub. Deputatlar Paşinyandan, həmçinin Vitali Balasanyanın son bəyanatları barədə soruşublar.

Paşinyan deputatlara cavabında Ermənistanla “Qarabağ arasında” heç bir gərginliyin olmadığını, cəbhədə vəziyyətin sakit olduğunu deyib. O, Ermənistanın 2020-ci ildə qondarma rejimdəki seçkiyə qarışmayacağını da bildirib.

Cebhe.info


Oxunma sayı: 364