hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

"Paşinyan Əliyevə uduzur, onunla bərabər Ermənistan da məğlubiyyətə sürüklənir..."

"Paşinyan Əliyevə uduzur, onunla bərabər Ermənistan da məğlubiyyətə sürüklənir..."

Hakimiyyətin kobud səhvləri ucbatından Ermənistanın Qarabağla bağlı danışıqlar masasında mövqeyi zəifləyib. Bu sözlər Ermənistanın eks-prezidenti Robert Köçəryanın “Sputnik Ermənistan”da dərc olunan məqaləsində yer alıb.

“Baş nazirin “Qarabağ – Ermənistandır” bəyanatı danışıqları xalqların öz müqəddəratını həlletmə prinsipindən uzaqlaşdıraraq, prosesi bizim üçün arzuolunmaz ərazi bütövlüyü müstəvisinə gətirib. Paşinyan və Əliyevin lift təmasları bizim üçün çox vacib olan, Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaları sıfırlayıb. Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları, həllə bağlı formalaşmış mövqeyinin olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına qoyub. Üstəlik, mövqeyimizin belə qəbulu artıq həmsədrlərin dəyərləndirməsi çərçivəsində ictimai sferaya çıxıb”, – deyə eks-prezident deyib.

Köçəryan dünya ictimaiyyətinin sülhə məcbur etmə resurslarının qlobal ziddiyyətlərin artması səbəbindən aydın şəkildə ixtisar olunmasına görə Qarabağda sülh potensialının  azaldığını bildirib. O, tərəflər arasında müharibə başlayacağı təqdirdə bunun  miqyası və dağıdıcı təsirinin indiyə qədər baş verən ağırların heç biri ilə müqayisə edilməyəcək dərəcədə ağır olacağını vurğulayıb: “Konflikt tərəfləri həddən artıq silah və sursat toplayıblar. Bəlkə də bunun başa düşülməsi müharibə haqqında heç bir təsəvvürü olmayan hazırkı hakimiyyətə və onun Feysbuk tərəfdarlarına məsuliyyət gətirəcək. Ölkənin təhlükəsizliyi təkcə ordunun döyüş hazırlığı və silahlarının sayından asılı olmur. İctimai əhvali-ruhiyyə və milli hədəflər ətrafında konsensus da vacib faktorlardır. Cəmiyyətimiz bugünkü kimi ziddiyyətli vəziyyətə analoji situasiyada hələ heç vaxt olmayıb”.

Köçəryan Azərbaycanın hərbi xərclərini faiz artırması qarşılığında Ermənistanın müdafiə xərclərinin dondurulmasının həddən artıq şübhəli olduğunu da qeyd edib.

Eks-prezident habelə Azərbaycanın Türkiyə ilə münasibətlərinin bütün sahələrdə dərinləşməsinə toxunub. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıdakı türk sammiti zamanı Zəngəzur barədə dedikləri təsadüfi deyil. "Bu, türk xalqlarının coğrafi bütövlüyünü barədə yaddan çıxmış ideyanın gündəmə gətirilməsidir", - o bildirib.

Cebhe.info


Oxunma sayı: 584