hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Paşinyan əraziləri Azərbaycana təslim etməyi qəbul etdikdə,müharibə sona çatacaq " - Rus politoloq

"Paşinyan əraziləri Azərbaycana təslim etməyi qəbul etdikdə,müharibə sona çatacaq " - Rus politoloq

"Ermənistan Rusiyanı müharibəyə sürükləmək üçün çox mübarizə aparır. Rusiya mediasındakı erməni lobbisi bu müharibəni Azərbaycanla Ermənistan arasındakı müharibə kimi deyil, Türkiyənin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq cəhdi kimi təqdim etməyə çalışır".

Cebhe.info xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

O bildirib ki, əvvəl danışıqlardan qaçan Paşinyan indi torpaqları Azərbaycana qaytarmağa hazırdır:

"Rusiya bu müharibənin qaçılmaz olduğunu başa düşür, çünki Azərbaycan gücləndi və Ermənistana heç bir güzəştə getmədi. Bundan əvvəl Paşinyan danışıqları əngəlləmişdi. İndi isə Paşinyan Dağlıq Qarabağ ətrafındakı bölgələri Azərbaycana təhvil verməyə hazırdır. Ancaq bunun fonunda Ermənistanda devriləcəyindən və bəlkə də öldürüləcəyindən qorxur. Paşinyan Rusiyadan xahiş edir ki, Rusiyanın Ermənistandakı tərəfdarlarının onu hakimiyyətdən uzaqlaşdırmayacağına dair zəmanət versin. Və Rusiya belə bir Amerikan zəmanət vermək istəmir, əksinə gözləyir. Paşinyan Dağlıq Qarabağ ətrafındakı əraziləri tez bir zamanda Azərbaycana təslim etməyi qəbul etməyə məcbur olduqda müharibə sona çatacaq. Paşinyan indi bunu hərbi əməliyyatlarla etmək məcburiyyətində qalır. Bəlkə də nəticədə devrilmiş olacaq".

Naibə
Cebhe.info


Oxunma sayı: 1387

Bizim Telegram səhifəmizi izləyin