hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Paşinyan Ərdoğana mesaj verdi: HAZIRIQ

Paşinyan Ərdoğana mesaj verdi: HAZIRIQ

Ermənistan Türkiyə ilə münasibətləri heç bir şərt olmadan yaxşılaşdırmağa hazırdır. 

Cebhe.info xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, ölkəsi Türkiyə ilə diplomatik münasibətlərə başlamağa hazırdır: “Biz erməni soyqırımının tanınmasına dair beynəlxalq prosesi Ankara ilə münasibətlərin yaxşılaşması üçün şərt hesab etmirik. Soyqıırmın tanınması bizim bu ölkə ilə əlaqələrimiz üçün vacib prosesdir".

Xatırladaq ki, 29 oktyabrda Konqresin Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib. Qətnamə Senatın müzakirəsinə verilməli idi. Ancaq Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem 13 noyabrda Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra qətnaməyə veto qoymaq hüququndan istifadə edib.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 5787