hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

Paşinyan etiraf etdi:Azərbaycana "İskəndər" raketi atılıb, ancaq...

Paşinyan etiraf etdi:Azərbaycana "İskəndər" raketi atılıb, ancaq...

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edib.

Cebhe.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan da etiraf edib.

Xatırladaq ki, Ermənistanın sabiq prezident Serj Sarkisyanın son müsahibəsində Azərbaycanla müharibənin ilk günlərində nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı hökuməti ittiham etmişdi. Paşinyan da onun ittihamına cavab olaraq müharibədə əslində “İskəndər”dən istifadə olunduğunu, ancaq raketin partlamadığını deyb:

“Sarkisyanın ittihamı yəqin ki, mənə ünvanlanıb. Ancaq düşünürəm ki, heç kəs cavabını bildiyi sualları verməməlidir. Bir halda ki, sual veriblər, mən də sual verim. Buyurub, bu suala cavab versinlər ki, atılan “İskəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”

Beləliklə Paşinyan əvvəlki hakimiyyətlər zamanı köhnə silahlar alınması xəbərini da doğrulamış olub.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1266