hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Paşinyan hakimiyyəti təhvil vermək istəyir: Müxalifət liderinə “elçi göndərdi”

Paşinyan hakimiyyəti təhvil vermək istəyir: Müxalifət liderinə “elçi göndərdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət lideri Artur Vanesyana "elçi göndərib".

Cebhe.info xəbər verir ki, bu barədə erməni nəşri olan "Past" yazıb.

Məqalədə bildirilir ki, bir neçə gün əvvəl Paşinyanın "Mənim addımım" fraksiyası ilə gərgin görüşü keçirilib. Ölkədəki ağır vəziyyət müzakirə olunub və üçtərəfli bəyanatla bağlı fikir mübadiləsi aparılıb. Hökumətin gələcək addımları müzakirə olunub:

“Deputatların bir qrupu "artıq bizim qatar gedib" deyib. Onlar bildiriblər ki, hətta küçəyə çıxa bilmirlər, buna görə də hakimiyyətdən "yumşaq gediş" üçün yol tapılmalıdır. Həmçinin o da bildirilib ki, əgər hakimiyyətə “köhnələr” qayıdarsa, “yenilərlə”, yəni onlarla haqq-hesab çəkəcəklər. Buna görə də kompromis variant olaraq Artur Vanesyanın adı çəkilib”.

Nəşr yazır ki, bu görüşdən sonra Paşinyan Artur Vanesyanın yanına nümayəndə göndərərək hakimiyyətin itkisiz təhvil verilməsini müzakirə edib. Danışıqların nəticəsi barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, Artur Vanesyan dünən yerli mətbuata müsahibəsində "Paşinyan hakimiyyətdən getməlidir, amma üçtərəfli bəyanat da icra olunmalıdır", - deyib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 10110

Bizim Telegram səhifəmizi izləyin