hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Paşinyan hərbçiləri hədələdi

Paşinyan hərbçiləri hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində ordudakı intizamsızlığı, qanunsuzluğu etiraf edib.

Baş nazir müraciətində qeyd edib ki, hərbi əməliyyatlar zamanı əmrləri icra etməyən hərbçilər ciddi cəzalandırılacaq.

“Əmrlərin icrasının məntiqi qeyd-şərtsiz və müzakirəsiz, hərbi vəziyyət şəraitində həyata keçirilməlidir, xüsusilə döyüş şəraitində. Kim ki, əmrə tabe olmur, kim ki, əmrin icrası iradəsini sarsıdıb, ciddi cəzalandırılmalı, məsuliyyətə cəlb edilməli və ictimaiyyət qarşısında cəzalandırılmalıdır. Heç nə onlara bəraət qazandıra bilməz”, - deyə Paşinyan qeyd edib.

Baş nazir dünənki müraciətinin ziddiyyətli olduğunu etiraf edib. Bununla belə, o hesab edir ki, çıxışı “qəribə” görünməməlidir.

Paşinyan qeyd edib ki, uğursuzluqlardan da vaz keçməyəcək.

Cebhe.info


Oxunma sayı: 1739

Bizim Telegram səhifəmizi izləyin