hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Paşinyan iyuna qədər möhlət istədi: 15 bəndlik yeni sərsəmləmədə nələr var?

Paşinyan iyuna qədər möhlət istədi: 15 bəndlik yeni sərsəmləmədə nələr var?

Ermənistan Baş naziri Nikol Paşinyan yeni "yol xəritəsi" təqdim edib.

Cebhe.info xəbər verir ki, yeni “sənədi" Paşinyanın yeni sərsəmləmələri də adlandırmaq olar.

Paşinyan növbəti dəfə özünü baş verənlərdə günahkar hesab edib.

Bildirib ki, vəziyyətə görə məhz o, məsuliyyət daşıyır, çünki ölkənin təhlükəsizliyinin təminatçısı odur.

"Yol xəritəsi"ndə aşağıdakılar yer alıb:

1.Qarabağın statusu vurğulanmaqla ATƏT-in Minsk qrupu çərçivəsində prosesin bərpası, Qarabağda məskunlaşanların qayıtmasının prioritet olaraq diqqətdə saxlanılması
2.Qarabağda yaşayanların yaşayış yerlərinə dönüşü, normal həyatın tamamilə bərpası. Evlərin, infrastrukturun bərpası
3.Öldürülən hərbçilərin ailələrinin sosial təminatı
4.Paşinyan hətta müharibə zamanı Ermənistan ərazisində də nələrinsə dağıldığını iddia edib və onların bərpasını vacib sayıb
5.Hərbi qulluqçuların sosial təminatı, protezləşdirmə, peşəkar hazırlığın artırılması
7.Müharibə iştirakçılarının və cəmiyyətin bütünlüklə psixoloji reablitasiyası
8.Silahlı Qüvvələrdə islahatlar proqramının təsdiqi və islahatların başlanması
9.Koronavirusla mübarizə və nəticələrin aradan qaldırılması
10.Sahibkarlıq fəaliyyətinin bərpası
11.Demoqrafik problemin həlli üçün proqram
12.Seçki Məcəlləsi və partiyalar haqqında qanunvericilikdə dəyişiklik
13.Anti-korrupsiya məhkəməsinin yaradılması üçün ilk addım olaraq hakimlərin ixtisaslaşdırılması
14.Ölkənin ictimai-siyasi sferası ilə mütəmadi məsləhətləşmələr
15.Diaspor nümayəndələri və təşkilat təmsilçiləri ilə mütəmadi məsləhətləşmələr və birinci şəxslərin prosesə cəlbi.

Paşinyan bildirib ki, “yol xəritəsi”nin reallaşdırılması üçün hökumətin tərkibində dəyişiklik edəcək. O, 2021-ci ilin iyununa qədər möhlət istəyib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 26060

Bizim Telegram səhifəmizi izləyin