hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Paşinyan-Köçəryan qarşıdurması: Armen Sarkisyandan sonra prezident kim olacaq? – ŞƏRH

Paşinyan-Köçəryan qarşıdurması: Armen Sarkisyandan sonra prezident kim olacaq? – ŞƏRH

Ermənistan Prezidenti Armen Sarkisyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra öz postu ilə vidalaşacaq.

Artıq parlament uğrunda mübarizə aparan hər bir siyasi qüvvənin prezidentliyə öz namizədi var.

Ermənistanın Milli Məclisinin yeni tərkibi növbədənkənar formalaşdığından konstitusiyaya uyğun olaraq, prezidentə etimad səsverməsi keçirəcək.

“Hraparak” qəzeti yazır ki, Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan Xalq Partiyasının (EXP) sədri Stepan Dəmirçyana prezident
postunu təklif edib.

Qeyd edək ki, Stepan Dəmirçyan Ermənistan Milli Məclisinin sabiq sədri, 1999-cu ildə parlamentdə terror aktı zamanı qətlə yetirilmiş Karen Dəmirçyanın oğludur.

2010-cu ildən sonra fəal siyasətdən çəkilən Stepan Dəmirçyanın rəhbərlik etdiyi EXP eks-prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi ilə vahid siyasi ittifaqda birləşdi.

Lakin son zamanlar Paşinyan ölkənin ali postunu ona təklif etməklə Ter-Petrosyanın siyasi düşərgəsini parçalamağa çalışır.“Nikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçyanı Vətəndaş Sazişi Partiyasının siyahısına gətirməyi bacarmasa davə bu mövzuda danışıqlar uğursuz olsa da, rəqiblərinə qoşulmazsa, yenidən seçiləcəyi təqdirdə, Stepan Dəmirçyanı respublika prezidenti vəzifəsini söz verib.

O, Dəmirçyandan bu günlərdə müxalifətçiləri və xüsusilə Robert Köçəryanı tənqid etməsini xahiş edib.

“Yeri gəlmişkən, Stepan Dəmirçyanın Erməni Milli Konqresində fəxri yerini alacağı və Levon Ter-Petrosyanın ona belə bir təklif etdiyinə dair söhbətlər olmuşdu. Lakin görünür, EXP sədri Paşinyanın vədini ciddi qəbul edib və gələcək prezident olmaq perspektivini bəyənib.

O, bu günlərdə müsahibələr verən Robert Köçəryanı və Levon Ter-Petrosyanı tənqid edən yeganə ağır artilleriyası Qrigor Harutyunyanı səhnəyə gətirib.

Həmçinin Robert Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə Vazgen Manukyanın prezident vəzifəsini tutacağı barədə məlumatlar yayılır” - qəzet belə yazır.

Maraqlıdır, Ermənistanın yeni prezidenti kim olacaq?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistanda 20 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra, baş nazirlə yanaşı prezident postununda kimin tutacağı böyük maraq doğurur:

"Parlament seçkilərində əsas namizədlər hesab olunan Nikol Paşinyanla, Robert Köçəryan Armen Sarkisyanı prezident kimi görmək istəmirlər və parlament uğrunda mübarizə aparan hər bir siyasi qüvvənin prezidentliyə öz namizədi var. Bununla bağlı Ermənistanın kütləvi informasiya vasitələrində müxtəlif məlumatlar dolaşır. Nikol Paşinyan Armen Sarkisyanın fəaliyyətindən narazıdır, Robert Köçəryan isə hakimiyyətə gələrsə, digər bir namizədi prezident postunda görməyə çalışacaq. Ermənistanın Konstitusiya quruluşuna görə, yeni formalaşan parlament prezidentə etimad səsverməsi keçirəcək. Bundan sonra prezident müəyyənləşdiriləcək və ya hazırki prezident öz vəzifəsini itirəcək. Armen Sarkisyan fəaliyyəti dövründə dəfələrlə Nikol Paşinyanın siyasi xəttinə alternativ olaraq öz fikir və addımları ilə fərqlənirdi. Məsələn, Qasparyanın Baş qərargah rəisi vəzifəsindən kənarlaşdırılması zamanı dəfələrlə Baş nazirin təqdimatını imzalamaqdan imtina etmiş, onun vaxtını yubatmışdır”.

Politoloq qeyd edib ki, Nikol Paşinyan hazırda prezident postuna Stepan Dəmirçiyanı gətirməyə çalışır.

"Belə ki, Stepan Dəmirçiyan Ermənistanda 1999-cu ildə parlamentdə törədilmiş terror aktı zamanı qətlə yetirilmiş Karen Dəmirçiyanın oğludur. 2010-cu ildə fəal siyasətdən uzaqlaşmış, daha sonra isə eks-prezident Levon Ter-Petrasiyanın liderlik etdiyi Ermənistan Milli Konqresinin tərkibinə daxil olub və onunla vahid siyasi ittifaqda birləşib. Nikol Paşinyan Stepan Dəmirçiyanı prezident postuna gətirməklə parlament yarışında mübarizəyə qoşulan Levon Ter-Petrasiyanın əsas partiyasında olan liderlərdən birini öz tərəfinə çəkməklə, onu şirnikləşdirir. Qeyd edək ki, Stepan Dəmirçiyan Levon Ter-Petrasiyanın əsas siyasi fiqurlarından biridir.

Nikol Paşinyan ölkənin ali postunu ona təklif etməklə Levon Ter-Petrasiyanın siyasi düşərgəsini parçalamağa çalışır. Hətta Stepan Dəmirçiyanın öz komandasına Vətəndaş Razılığı Partiyasına cəlb etməyə müyəssər olmayan Nikol Paşinyan hazırda rəqiblərinə böyük zərbə vurmaq üçün Stepan Dəmirçiyanı öz yanına çəkərək, ona ölkədə böyük siyasi vəzifəni təqdim etmiş olur.

Bununla həm Petrasiyanın partiyasında parçalanmağa sövq edən addım atır, həm də son dövrlər Stepan Dəmirçiyanın Köçəryana qarşı da müxtəlif açıqlamalarını görürük. Artıq Stepan Dəmirçiyan ona təklif olunan vədlə razılaşıb və öz siyasi xəttini davam etdirir.

Digər tərəfdən Dəmirçiyanın Erməni Milli Konqresində fəxri yer almasına və Levon Ter-Petrasiyanın ona belə təklif edəcəyinə dair müxtəlif söz-söhbətlər vardır. Hətta onların arasında müxtəlif bağlılıqların olması heç kimə sirr deyil. Bu günlərdə Stepan Dəmirçiyanın Robert Köçəryana qarşı fikirləri geniş müzakirə olunur".

Ekspertin sözlərinə görə, Robert Köçəryanın prezident postuna namizədi də məlumdur:

"Belə ki, meydanlarda vətəndaşların qarşısında çıxış edən keçmiş baş nazir Vazgen Manukiyandır. Onu Köçəryan prezident postunda görməyə çalışır. Amma bunun üçün seçkilərdə qalib gəlmək lazımdır".

Ülviyyə Mirzəyeva
Cebhe.info


Oxunma sayı: 1849