hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Paşinyan mövqeyini itirir

Paşinyan mövqeyini itirir

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda keçirdiyi sorğunun nəticələrini yayımlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sorğuya əsasən, Ermənistanda əsas narazılıq yeni iş yerlərinin yaradılmaması və sosial-iqtisadi problemlərin həll edilməməsindəndir. Bu fikri müdafiə edənlərin sayının artdığı qeyd olunub.

Nikol Paşinyan hökumətinin pis idarəçiliyindən şikayətlənənlərin də sayı artıb. Onların sayı 27% təşkil edir ki, bu da cari ilin mayındakından 5% çox olub.

“Mənim addımım” blokunun səs faizlərində də 4% geriləmə qeydə alınıb. Bloku dəstəkləyənlər əhalinin 55%-ni təşkil edib. Çiçəklənən Ermənistan Partiyasını 19%, İşıqlı Ermənistanı müdafiə edənlər 6% təşkil edib.

Respondentlərin 59%-i Respublikaçılar Partiyasına heç vaxt səs verməyəcəyini söyləyib.

Cebhe.info


Oxunma sayı: 760