hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Paşinyan Moskvada biabırçı vəziyyətə düşdü: Suallar əvvəldən paylandı, fırıldaqçı vəkilin görüşü gülüş obyekti oldu

Paşinyan Moskvada biabırçı vəziyyətə düşdü: Suallar əvvəldən paylandı, fırıldaqçı vəkilin görüşü gülüş obyekti oldu

Moskvada səfərdə olan Baş nazir Nikol Paşinyan erməni hüquqşünaslarla görüşüb. Cebhe.info xəbər verir ki, ancaq görüş o qədər də sakit və Paşinyanın istədiyi kimi keçməyib.

Əvvəlcə tədbir Moskvadakı erməni icması ilə görüş kimi anons edilib, ancaq sonra məlum olub ki, görüşdə ancaq erməni hüquqşünaslar olacaq.

Mətbuatın yazdığına görə, görüşə iştirakçılar ancaq siyahı ilə buraxılıblar və nəzarət çox ciddi olub.

Hətta suallar da onlara əvvəldən paylanılıb. Mətbuat əməkdaşları və özünü sakit aparmayacağı bəlli olan şəxslər zaldan çıxarılıb.

Erməni mətbuatının yazdığına görə, görüşün təfərrüatları daha sonra məlum olub. İştirakçalardan bir çoxu Paşinyana dəstək üçün iştirak etməyib. Hətta görüşə razılıq verənlərdən bəziləri daha sonra iştirakdan imtina ediblər. Digərləri isə konkret suallarına cavab almaq üçün görüşə qatıldıqlarını bildiriblər.

Təşkilatçılar çətin vəziyyətdə qalıblar, onlara paylanılan suallar kənarda qalıb. Digər sualların isə səsləndirilməsinə imkan verilməyib.

Hüquq müdafiəçisi Ruben Məlikyan yazır: "Mənə biabıçı siyahıdakı 11 nömrədə olan Vigen Əlibəyyan zəng etmişdi. Bildirdi ki, görüşdə 40 dəqiqəyə yaxın oturub, ancaq sonra baş verənləri görərək oranı tərk edib”.

İş adamı Əlibəyyan bildirib ki, o, Paşinyanı dəstəkləmir və hüquqşünas da deyil:"Görüşdən əvvəl paylanılan suallarla da heç bir əlaqəm yoxdur. Ümid edirəm ki, erməni xalqı baş verənlərdən özü nəticə çıxaracaq".

Ardınca görüşün kim tərəfindən və nə məqsədlə təşkil olunduğu ayndınlaşıb. Məlum olub ki, görüşü Rusiya Erməniləri İitifaqının Moskva bölməsinin rəhbəri Şaqen Petrosyan təşkil edib. Məqsədi isə Paşinyandan vəzifə qoparmaqdır. Bundan əvvəl Petrosyanın Ermənistan Ədliyyə nazirinin müavini təyin olunacağına dair informasiyalar yayılmışdı. Ancaq nəsə baş verdi və təyinat təxirə salındı.

"Mediaport" agentliyi yazır ki, Petrosyan Ermənistandan çoxlu borcu olduğuna görə qaçıb. Ona qarşı hətta fırldaqçılıq yolu ilə küllüi miqdarda vəsiti mənimsəmək maddsi ilə cinayət işi də açılıb. Onun atası Tiqran Petrosyan isə oğlunun hərəkətlərinə görə hakim vəzifəsini tərk etməli olub.

Petrosyanın Paşinyanla görüşə apardığı hüquqşünasların siyahısında 40 nəfər olub. Onlardan 39 nəfərinin adı-soyadı yayılıb, 40-cının kimliyi bəlli deyil.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2476