hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Paşinyan nəyə “Qaranbağ klanı”nın ayağına gəldi? – TƏXRİBAT İZİ

Paşinyan nəyə “Qaranbağ klanı”nın ayağına gəldi? – TƏXRİBAT İZİ

Fikrət Sadıxov: “Onun nə siyasətdən başı çıxır, nə beynəlxalq münasibətlərdə cərəyan edən proseslərdən xəbəri var”

Ermənistanın baş naziri Nikol Paşinyan daha bir təxribata əl atıb. Belə ki, o, Ermənistanın Təhlükəsizlik Şurasını Xankəndində, yəni Azərbaycan torpağında toplayıb. Ekspertlər bu addımın açıq-aşkar təxribat olduğunu deyir. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun son bəyanatından sonra Ermənistan Azərbaycan diplomatiyası qarşısında bir daha iflasa uğrayıb. Baş verənlər Paşinyan iqtidarının bəyanatlarının heç bir beynəlxalq gücə, çəkiyə malik olmadığını sübut edib. Qeyd edək ki, Paşinyan bir müddət əvvəl qondarma Dağlıq Qarabağ adından danışmaq hüququnun olmadığını və separatçıların danışıqlar masasında tərəf kimi çıxış etməli olduğunu bəyan etmişdi. ATƏT-in Minsk Qrupunun son bəyanatından sonra onun bu “ideyası” iflasa uğradı. Ekspertlər hesab edir ki, Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməsi erməni diplomatiyasının iflasa uğramasına görə üzrxahlıq məqsədi daşıyır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Paşinyanın bu addımını belə şərh edib: “Ermənistanın Təhlükəsizlik Şurası Xankəndidə, Azərbaycan torpaqlarında toplanır. Baş nazir Nikol Paşinyan Xankəndiyə gəlib. Bu, açıq-aşkar təxribatdır. Azərbaycan XİN başqa dövlətin Təhlükəsizlik Şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməli, ikincisi isə bu təxribata görə birbaşa həmsədrlərdən izahat tələb olunmalıdır. Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir. Xankəndidə də ona görə iclas çağırır ki, müxalifətə, “Qarabağ klanı”na, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan etsin”.

Paşinyan iqtidarının bu təxribatının arxasında duran başqa məqsədlər nədirə

Cebhe.info-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib ki, Paşinyan Xankəndinə separatçılardan üzr istəməyə gedib:

“ATƏT-in Minsk Qrupu açıq şəkildə Paşinyana yol göstərdi. Paşinyana dedi ki, bu günə qədər verdiyin bəyanatlar, qondarma Dağlıq Qarabağı tərəf kimi danışıqlar masasına oturtmaq istəyi faktiki olaraq “sabun köpüyü” kimi partladı. Həmin variant heç bir halda işləyə bilməz. Görünür ki, Paşinyan bunu nəzərə alaraq təcili Dağlıq Qarabağa gəlib separatçılardan üzrxahlıq etmək istəyir.

Çünki onlara bu və ya digər formada verdiyi sözü tuta bilməyib. Paşinyan başa düşdü ki, beynəlxalq təşkilatlar, oyunçular ona qarşı çıxış edirlər. Faktiki olaraq Paşinyanın heç bir təklifi qəbul olunmur. Digər tərəfdən, Paşinyanın Qarabağa getməsi və orada Təhlükəsizlik Şurasının iclasını keçirməsi onun “separatçılarından adından çıxış edə bilmərəm” bəyanatı ilə ziddiyyət təşkil edir. Yəni, əgər Paşinyan Qarabağ separatçılarının adından danışmırsa, niyə gəlib burada Təhlükəsizlik Şurasının iclasını keçirirə Bunu kim tapşırıbə Paşinyan bunu kimin adından edirə Niyə Paşinyan “müstəqil respublika”ya gəlib Təhlükəsizlik Şurasının iclasını keçirirə Paşinyanın bu ziddiyyətli addımı onu göstərir ki, o, təsadüfi adamdır. Onun nə siyasətdən başı çıxır, nə beynəlxalq münasibətlərdə cərəyan edən proseslərdən xəbəri var. Sadəcə, olaraq özünü ifşa edir”.
Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3323