hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Paşinyan qızıl yatağından danışdı: “İstəsək də, istəməsək də azərbaycanlılar orda olacaq”

Paşinyan qızıl yatağından danışdı: “İstəsək də, istəməsək də azərbaycanlılar orda olacaq”

“Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası prosesi başlayıb. Söhbət SSRİ dönəmindəki sərhədlərdən gedir. İndi mən konkret olaraq Kəlbəcər barədə danışıram. Sərhədlər GPS koordinatları ilə müəyyələşdirilir. Bu sərhədlərə görə, Zod qızl mədəninin 50 faizi Azərbaycan, 50 faizi Ermənistan ərazisinə düşür".

Cebhe.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib.

Paşinyan bildirib ki, sərhədlərin demarkasiyası çətin prosesdir: “Bunu istəyib-istəməməyimizdən asılı olmayaraq, proses təkcə Rusiya sülhməramlıları ilə yox, Azərbaycan təmsilçilərinin də iştirakı ilə keçiriləcək".

Paşinyan bildirib ki, qızıl yatağı ilə bağlı məsələdə təşvişə yol verib ictimaiyyəti çaşdırmaq yolverilməzdir: “Ölkədə xaos yaratmaq istəyənlər var. Onlar qanla hakimiyyətə gəlmək istəyirlər".

Xatırladaq ki, qızıl mədəninin böyük hissəsi Azərbaycan, müəyyən hissəsi isə Ermənistan ərazisinə düşür. Ermənistan işğal müddətində yatağı istismar edib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4896

Bizim Telegram səhifəmizi izləyin