hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Paşinyan statusdan danışdı: "Bəyanatda bu barədə heç nə deyilmir"

Paşinyan statusdan danışdı: "Bəyanatda bu barədə heç nə deyilmir"

Baş nazir Nikol Paşinyan Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyinin dəyişməz olduğunu açıqlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə Paşinyan TASS-a verdiyi müsahibəsində 10 noyabrdakı üçtərəfli bəyanatda, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin hərbi əməliyyatların dayandırılması ilə bağlı sualını cavablandırarkən deyib.

O qeyd edib ki, üçtərəfli sazişdə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir şey deyilmir: “Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini bilirsiniz və əlbəttə ki, bizim mövqeyimiz dəyişməyib”, - deyə Paşinyan əlavə edib.

Paşinyanın sözlərinə görə, Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesi zamanı müəyyənləşdirilməlidir:

“Əslində, heç olmasa ATƏT-in Minsk qrupunun həmsədrləri arasında bir fikir birliyi var və Ermənistan bu baxımdan danışıqlar prosesinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam etməsi və ortaq bəyanatda həll olunmayan məsələlərin müzakirə mövzusu olacağı ilə razılaşır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1849

Bizim Telegram səhifəmizi izləyin