hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Paşinyan Zəngəzur dəhlizindən danışdı: “Bizim də Naxçıvan dəhlizimiz olacaq”

Paşinyan Zəngəzur dəhlizindən danışdı: “Bizim də Naxçıvan dəhlizimiz olacaq”

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi Bakının açıqlamalarına münasibət bildirib.

Cebhe.info xəbər verir ki, Baş nazir Vaytdzor vilayətinə səfər çərçivəsində bu barədə fikilərini bölüşüb.

Nikol Paşinyan bildirib ki, regional kommunikasiyaların açılması vacibdir:

"Ölkənin iqtisadiyyatı inkişaf etməlidir. Ancaq Naxçıvana uzanacaq bu dəhliz çox zaman spekulyasiya mövzusu olur. Azəraycan tərəfi tez-tez Zəngəzur dəhlizi ifadəsini işlədir, ancaq imzalanan bəyanatda Sünik, Zəngəziur, Mehri və dəhiz iafdələri yoxdur. Onlar (azərbaycanlılar-red.) deyirlər ki, Zəngəzur dəhlizi olacaq. Yaxşı, deyirlər, desinlər, deməli, bizim də Naxçıvan dəhlizimiz olacaq, bizim də şimal Azərbaycan dəhlizimiz olacaq. Başqa sözlə, biz yol əvəzinə yol təklif edirik".

O qeyd edib ki, Ermənistanı İranla birləşdirəcək dəmir yolunun açıldığı təqdirdə ölkə iqtisadiyyatında dəyişiklik olacaq:

"Bu, bizim başlıca vəzifəmzidir. Bu məsələnin həllindən sonra Ermənistan özünün ən böyük sərvətindən yararlanmaq imkanı qazanacaq".

Xəzər
Cebhe.info


Oxunma sayı: 5853