Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilib: Saxlanılanlar var

Bu gün Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilib.
Cebhe.info xəbər verir ki, akisya əksəriyyəti sağçı “Veto” hərəkatının xanım üzvlərinin iştirakı ilə baş tutub.
Qadınlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma yaşanıb.
Nəticədə polis aksiyanın 15 iştirakçısını saxlayıb.
Etirazçılardan Alexandra Harutyunyan toqquşma nəticəsində yaralanıb. Ancaq o da saxlanılanlar sırasındadır.
Həbs olunan qadınlar arasında Qarabağ müharibəsində həlak olan kapitan İşxan Petrosyanın qızı da var.
Naibə
Cebhe.info
Oxunma sayı: 364