hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Paşinyanın komandası çat verdi: “İnqilab lideri” üçün yeni “baş ağrısı” - ŞƏRH

Paşinyanın komandası çat verdi: “İnqilab lideri” üçün yeni “baş ağrısı” - ŞƏRH

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan fəal siyasi fəaliyyətə qoşulur. 

Cebhe.info-nun məlumatına görə, bu yaxınlarda Ermənistan Futbol Federasiyasının prezidenti vəzifəsindən də istefa verən A. Vanetsyan yeni siyasi partiya yaratmağa hazırlaşır. Artur Vanetsyan yaradacağı partiyaya maraqlı ad da qoyub. Yeni partiya “Şərəfim var” adlanır. Bu barədə Ermənistanın “Past” qəzeti Vanetsyana yaxın etibarlı mənbədən məlumat əldə edib. Yaxın vaxtlarda partiyanın özəklərinin formalaşdırılması istiqamətində işlərə başlanacağı bildirilir. Qeyd edək ki, Artur Vanetsyan bu ilin iyun ayında baş nazir Nikol Paşinyanla  fikir ayrılığı ilə əlaqədar tutduğu vəzifədən qovulub. Buna səbəb kimi, 2008-ci ilin 1 mart hadisələri ilə bağlı bir çox sənədlərin itirilməsi faktı olub. Vanetsyanın bu faktı etiraf etməsi Paşinyanın qəzəbinə səbəb olub. Ermənistanda bəzi mənbərlər isə A.Vanetsyanın eks-prezident Robert Köçəryana gizli rəğbəti olduğunu və sənədlərin yoxa çıxmasını bu səbəblə izah edir. Artur Vanetsyan Ermənistanın siyasi həyatında nüfuza malik yeni liderlərdən sayılır. O, Paşinyanın komandasından ayrılaraq müxalifətə keçmiş ilk siyasətçidir. Vanetsyanın siyasi partiya yaratması ölkədə sosial-iqtisadi problemlər fonunda reytinqi düşməkdə olan Paşinyanın elektoratının müəyyən hissəsini öz tərəfinə çəkə bilər. Vanetsyanın Köçəryana isti münasibətinin olması barədə xəbərləri, eləcə də eks-prezidentin həbsdən çıxacağına dair ümidlərin artıq tükəndiyini nəzərə alsaq, MTX-nin sabiq rəisi "Qarabağ klanı"nın da dəstəyini əldə edə bilər. 

Müxalifətin liderliyinə iddialı olan eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın ciddi siyasi nüfuza malik olmaması A.Vanetsyana Paşinyanın rəqiblərini öz tərəfinə təkmək imkanı yaradır. Artur Vanetsyanın əli hakim elitanın daxilinə də uzanır. Bu baxımdan, hökumət daxilində yarana biləcək istənilən fikir ayrılığı Artur Vanetsyanı Paşinyan üçün ciddi siyasi alternativə və ya başağırısına çevirə bilər. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 628