hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Paşinyanın “taxtı” laxlayır: Ermənistan seçkiyə gedir

Paşinyanın “taxtı” laxlayır: Ermənistan seçkiyə gedir

Ermənistan hökuməti ilə parlamentdə ana müxalifəti təşkil edən “Çiçəklənən Ermənistan” Partiyası arasındakı siyasi qarşıdurma dərinləşir.

ÇEP-nın deputat fraksiyasının rəhbəri Naira Zöhrabyan bəzi siyasi qüvvələrin və xadimlərin “Çiçəklənən Ermənistan”ı dağıtmaq istədiyini bəyan edib. Ancaq onları məyus etməliyik: "Çiçəklənən Ermənistan"ın parçalanması mümkün deyil"-deyə, N.Zöhrabyan bildirib. 

Qeyd edək ki, son günlər Ermənistan KİV-ində Paşinyan hökumətinin fraksiyanı parçalamaq və “Çiçəklənən Ermənistan”ı təmsil edən bir sıra deputatların müxtəlif bəhanələrlə fraksiyadan çıxaraq müstəqil fəaliyyət göstərmək istədiyinə dair məlumatlar yayılır. “Vətəndaş Qərarı” Partiyası ÇEP-in sədri Qagik Tsarukyanı konstitusiyanı pozmaqda ittiham edərək onun deputat toxunulmazlığının ləğv edilməsi və barəsində cinayət işin açılması barədə müraciət edib. Hakim “Vətəndaş Sazişi” Partiyasında da Qagik Tsarukyanın “sahibkarlıq” fəaliyyəti ilə bağlı narazılığın artdığı bildirilir.Həmin məsələ baş nazir Paşinyanın lideri olduğu “Mənim addımım” blokunun fraksiyasının iclasında geniş müzakirə olunub.“Jamanak” qəzeti də hakimiyyətin “Çiçəklənən Ermənistan” fraksiyasını parçalamaq istədiyini yazır.“Hakimiyyət istəyir ki, “Çiçəklənən Ermənistan”ı parçalasın və bir qrup deputat onun sıralarını tərk edərək fəaliyyətini müstəqil şəkildə davam etdirsin.Serj Sarkisyanın vaxtında da hakimiyyət belə etmişdi.2015-ci ilin məlum fevral hadisələrindən sonra Tsarukyan hakimiyyətin təzyiqi ilə siyasətdən getdiyini bəyan etdi.İndi tarix bu dəfə oliqarxiyaya qarşı mübarizə çərçivəsində təkrar olunur”-adıçəkilən qəzet belə qeyd edir.

Lakin “Çiçəklənən Ermənistan” Partiyasının rəhbərliyi irəli sürülən ittihamları qəbul etməyərək Paşinyan hökumətini mövcudluğuna son qoymaqla hədələyir.“Əgər hakimiyyət iqtisadi bazarın yenidən bölüşdürülməsinə gedərsə və düşünsə ki, problemi həqiqətən Qagik Tsarukyanın mandatı ilə bağlıdır, o zaman bizim liderimiz də cavab addımlarını təxirə salmayacaq.Biz hamımız öz mandatımızı qoyub Tsarukyanla birlikdə gedəcəyik”-deyə ÇEP-in adının çəkilməsini istəməyən funksioneri “Qraparak” qəzetinə açıqlama verib.“Biz konstitusiya üzrə tanınmış müəxəssislərin birindən ehtimal edilən addımı müzakirə etdik.Konstitusiya parlamentin 30 faizinin müxalifətin təmsilçiliyində olmasını nəzərdə tutur.Hətta “Parlaq Ermənistan” olmadan belə, ÇEP-in deputatları mandatı buraxsalar, parlament konstitusiyaya zidd olacaq.Ancaq ÇEP fraksiyasının bütün üzvləri deyil, partiyanın proporsional siyahısına daxil olan bütün namizədlər də mandatlarını atmalıdır.Bu antikonstitusion vəziyyət növbədənkənar parlament seçkilərinə gətirib çıxaracaq. Yeni seçkilər nəticəsində cənab Tsarukyan daha geniş blok formalaşdırmaq niyyətindədir” ÇEP-dəki mənbə belə deyib. 

Yaranmış vəziyyəti təhlil edən “Lragir.am” saytı isə “Ermənistanda parlamentin buraxılmasında maraqlı olan hər hansı qüvvə varmı, yaxud Paşinyan bunda maraqlıdırmı” sualını qoyur.Qeyd edilir ki, Paşinyan özünün parlamentdəki fraksiyasından heç məmnun deyil və onlara danışmaqdan daha çox susmağı əmr edib."İqtidar deputatlarının təcrübəsizliyi haqqında birinci dəfə deyil yazılır.Bu baxımdan, hakim dairələr növbədənkənar seçkilərə öz fraksiyasının sayını itirmədən keyfiyyətini artırmaq imkanı kimi baxır.Həmçinin, inqilabın başlıca vəzifəsi olan oliqarxiya ilə mübarizəni həll etmək olar.Hələ parlamentdə ikinci yer Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyasına məxsus olduğundan oliqarxiyanın kökünün kəsilməsindən danışmağa dəyməz.Tsarukyanın sement zavodu barədə parlamentdəki son müzakirələr ÇEP-in deputatlarının öz liderinin biznes-lobbi maraqlarını müdafiə etdiyini göstərir.İş şantaja və insanların küçəyə çıxarılmasına qədər gedib çıxır.Dekabr ayında parlamentə düşə bilməyən Vətəndaş Qərarı Partiyası spikerə Tsarukyanın maraqlarının toqquşması məsələsini müzakirə etməyi və əgər belədirsə, onun mandatdan məhrum edilməsini təklif edib.“Mənim addımım” fraksiyası bununla qismən razılaşaraq məsələnin müzakirəsi üçün toplaşsa da, araşdırma prosedurlarının aparılması ilə bağlı təşəbbüsə dair qərar qəbul etməyib.

Bu isə o deməkdir ki, belə bir nəticə olduqca realdır.Hakim partiyanın Tsarukyanı daha sərt addımlar atmağa və kütləvi şəkildə öz mandatından imtina etməyə təhrik etdiyi istisna olunmur.Oliqarxiyanı aradan qaldırmaq üçün ən yaxşı üsul tapa bilməyən Nikol Paşinyan belə bir addım ata bilər. Bu, xüsusilə də xarici siyasətlə bağlı arzuolunmaz qərarların qəbulunda Ermənistana təzyiq olduqda ondan imtina etmək üçün yaxşı bəhanə ola bilər. 

Parlamentdə Tsarukyanın yerini almaq istəyənlər artıq var. Xatırladaq ki, “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası Ermənistanın gələcək gücünün DEİFA ətrafında formalaşacağına dair iddia ortaya qoyub.Partiya bəyan edib ki, yeni hökumətin formalaşdırılması prosesi başlayır. 

ARFD parlamentdə Tsarukyandan daha çox arzuolunan bir müxalifət ola bilərmi?

Yeni seçkilərə maraq göstərən digər partiyalar da var və bu bahalı bir prosedur olmasına baxmayaraq, erkən seçkilər onlara daxili və xarici siyasətdə zaman ayırmağa, eyni zamanda bir çox çətin vəzifələri həll etməyə imkan verə bilər.Hələlik, əsas proseslər isə "Çiçəklənən Ermənistan" və onun gələcəyi ilə bağlıdır. Növbədənkənar seçkilər olacaq ya yox?-Tsarukyanın və onun partiyasının taleyi perspektivsiz görünür”-“Lragir.am” belə yazır. 

Yaranmış vəziyyətin təhlili Ermənistan Milli Məclisinin buraxılması ehtimalının getdikcə artdığını deməyə əsas verir.Qagik Tsarukyan parlamenti tərk edib növbədənkənar seçkilərə şərait yaratmaqla Paşinyan hökumətinin siyasi mövcudluğunu təhlükəyə atmaq istəyir.Öz növbəsində, Paşinyan da erkən seçkiilərə oliqarxların təsirindən uzaq və daha itaətkar parlamentin formalaşdırılması vasitəsi kimi baxır.Lakin parlamentin buraxılması indiki şəraitdə Nikol Paşinyan üçün kifayət qədər riskli addımdır. Çünki “məxməri inqilab”dan ötən bir il ərzində N.Paşinyanın reytinqi müəyyən qədər aşağı düşüb. Ona görə də Paşinyan 2018-ci ilin dekabr ayında parlamentə keçirilmiş seçkilər zamanı əldə etdiyi nəticələrə bu dəfə nail olmaya bilər.Bu səbəbdən baş nazirin qələbə imkanlarını dəqiq hesablamadan növbədənkənar seçkilərə getməsi hakimiyyəti itirməsi üçün şərait yaradır.Ancaq Q.Tsarukyana artan təzyiqlər “Çiçəklənən Ermənistan” fraksiyasının parlamenti tərk etməyə və N.Paşinyanı erkən seçkilərə getmək üçün fakt qarşısında qoya bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2311