hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Paşinyanın “taxtını laxladan” Tovuz döyüşü: İrəvan Rusiyanı müharibəyə qoşmaq istəyir

Paşinyanın “taxtını laxladan” Tovuz döyüşü: İrəvan Rusiyanı müharibəyə qoşmaq istəyir

Cəbhənin Tovuz rayonu istiqamətində baş verən döyüşlər Ermənistanın Azərbaycanı müharibəyə təhrik etmək cəhdinin nümayişidir.

Daim münaqişənin sülh yolu ilə həllinin vacibliyini önə çəkən, daha doğrusu, Azərbaycanın hərbi əməliyyatlara başlamasına mane olmağa çalışan rəsmi İrəvan bu prinsipi mütəmadi olaraq pozub.Təbii ki, Ermənistanın bu addımı konkret siyasi maraqlara xidmət edir.İlkin analitik rəylər Tovuz istiqamətində baş verən təxribatın həm daxili, həm də xarici auditoriyaya hesablandığını göstərir.

Nikol Paşinyan hakimiyyəti cəbhə xəttində hücuma keçməklə müəyyən siyasi dividentlər əldə etməyə çalışır.Bunun əsas səbəbi kimi, əhalinin diqqətini Ermənistanda koronavirusdan ölənlərin artan statistikasından yayındırmaq olduğu barədə iddialar o qədər real səslənmir.Bu ehtimalın mümkünlüyü isə ən azı birinci və ikinci sırada yer almır. Eks-prezident Robert Köçəryanın girov müqabilində şərti azadlığa buraxılmasından sonra siyasi hərəkat yaradacağını bəyan etməsi, eləcə də sabiq müdafiə naziri Seyran Ohanyanın da həbsxanadan çıxdıqdan sonra dərhal Xankəndinə yola düşərək separatçıların rəhbəri Araik Arutunyanla görüşməsi fonunda "Qarabağ klanı"nın yenidən siyasi cəhətdən fəallaşması müşahidə olunur. Diqqəti cəlb edən digər məqam isə Ermənistan Prezidenti Armen Sarkisyanla Seyran Ohanyanın eyni gündə-iyulun 9-da Xankəndinə səfər etməsidir.Armen Sarkisyan hətta Dağlıq Qarabağdakı qondarma rejimin keçmiş başçısı Bako Saakyanla da görüşüb. Həm Sarkisyanın, həm də Ohanyanın apardığı danışıqlarda koronavirus məsələsi müzakirə predmeti olmayıb. Ermənistan mətbuatının yazdığına görə, sözügedən görüşlərdə Qarabağın təhlükəsiliyi məsələsi və atılacaq addımlar barədə danışılıb.
Həmin səfərdən üç gün sonra isə Ermənistan tamamilə başqa bir istiqamətdən Azərbaycanın dövlət sərhədinə hücuma keçib.Bu da hərbi təxribatın təsadüfən baş vermədiyini deməyə əsas verir.Ekspertlərin fikrincə, Paşinyan hökuməti vəziyyəti gərginləşdirməklə ictimai rəyi "Qarabağ klanı" ətrafında yeni siyasi güc mərkəzinin formalaşmasından yayındırmaq məqsədi daşıyır.Bu, eyni zamanda, Robert Köçəryana qoşulacaq mühafizəkar qüvvələrin siyasi istiqamətini dəyişməyə imkan verə bilər.

Lakin hərbi əməliyyatların Dağlıq Qarabağ cəbhəsində deyil, dövlət sərhədində törədilməsi Rusiya amili ilə bağlı ola bilər. Yəni rəsmi İrəvan həmişə olduğu kimi, bu dəfə də Azərbaycan tərəfindən təcavüzə məruz qaldığına dair görüntü yaratmaqla Rusiyanın və üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi dəstəyini əldə etməyə çalışır.

Qeyd edək ki, Ermənistanla Rusiya arasında 2009-cu ildə imzalanmış müqaviləyə əsasən, Moskva öz müttəfiqinin ərazisinə təcavüz olarsa, bu ölkəyə hərbi dəstək verməlidir.Eyni zamanda, iki ölkə arasındakı sazişlərə əsasən, Rusiya Ermənistanın dövlət sərhədinin və hava məkanının da birgə mühafizəsini öz üzərinə götürüb.Paşinyan hökuməti də dövlət sərhədində təxribat törətməklə Rusiyanı Azərbaycana qarşı müharibəyə qoşmaq istəyir. Ancaq 2015-ci ilin dekabr ayında Tovuz rayonu istiqamətində Ermənistan analoji təxribatı törətməklə Rusiyanı prosesə qoşmaq istəsə də, Kreml susmağa üstünlük verdi. Çünki iki ölkə arasında 2015-ci ildə imzalanmış sazişə görə, yalnız müharibə şəraitində Ermənistanın dövlət sərhədlərinin müdafiəsi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin nəzarətinə keçir.Hazırda isə döyüşlərin getməsinə baxmayaraq, nə Azərbaycan Ermənistana müharibə elan edib, nə də Ermənistanda hərbi vəziyyət elan olunub.Ona görə də Rusiyanın Azərbaycana qarşı mübarizədə öz hərbi müttəfiqinə yardım göstərəcəyi inandırıcı görünmür.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın Tovuz istiqamətində dövlət sərhədində Azərbaycan ordusuna qarşı hücumu İrəvanın Qarabağ məsələsini arxa fona keçirib, məsələni beynəlxalq gündəliyə daşımaq istəyindəjn qaynaqlanır.

“Hesab edirəm ki, baş verənlər asasən Ermənistanın daxili siyasətində cərəyan edən problemlərdən qaynaqlanır. Çünki Nikol Paşinyana qarşı ciddi müxalifət formalaşır, eks-prezident Robert Koçaryanın aktiv siyasətə qayıdışı Paşinyan üçün ciddi siyasi problemlərə yol açacaq.Ona görə də Paşinyan bu təxribata getməklə bir növ diqqəti sərhədə yönəldir, həmçinin Qarabağda mümkün ərazi itkisindən yayınır. Çünki Azərbaycan ordusu sərhəddən Ermənistanın içərilərinə daxil olmayacaq.Sadəcə, yaranmış vəziyyət müharibə kimi xarakterizə edilərək, Paşinyana daxili situasiyanı nəzarətdə saxlamaq imkanı verə bilər.Digər tərəf isə Rusiyanın burada rol almasıdır.Kreml də Azərbaycanın qərb bölgəsində müəyyən təxribatların törədilməsində maraqlıdır. Bu baxımdan, son hadisələrdə Paşinyaın bir neçə hədəfi ola bilər. Ona görə ki, Ermənistanda Rusiyaya qarşı siyasi narazılıq artır.Nikol Paşinyan bununla göstərmək istəyir ki, Rusiya bu planı reallaşdırsa da, müharibəyə qoşulmur.Beləliklə, Ermənistanda Rusiyanın etibarlı müttəfiq olmadığı siyasi təbliğat aparılacaq.Cəbhədə vəziyyətin bu tərzdə gərginləşməsi irimiqyaslı hərbi əməliyyatlara rəvac verə bilər.Bu da Paşinyan üçün siyasi faiskoya gətirib çıxarar.Bundan sonrada "Qarabağ klanı" güclənə bilər. Daxildəki proseslər "Qarabağ klanı"nın maraqlarına uyğun gedir. Onlar məhz belə bir müharibəni fürsət bilib, hakimiyyəti zəbt ediblər.

Eyni ssenarinin baş verməsi, əlbəttə ki, Moskvanın nə dərəcədə dəstək verməyindən asılı olacaq.Eks-müdafiə naziri Seyran Ohanyanın və digər Ermənistanın rəsmilərinin Qarabağa gəlişi, əsasən, yeni siyasi-hərbi gərginlikdən qaynaqlanır.Rusiyanın Ermənistana rəsmi dəstək verməsi o halda baş verə bilər ki, Azərbaycan Ermənistana hücum etsin.Amma müharibə Qarabağda gedəcəksə, Moskva müttəfiqinə kömək edə bilməz.Amma qeyri-rəsmi olaraq bu münaqişənin arxasında Rusiya dayanır.KTMT -də Ermənistana kömək etməyəcək.Qarabağ Azərbaycanın ərazisidir və öz torpaqlarımızda hərbi əməliyyatlar hüququmuzdur”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 16215

Bizim Telegram səhifəmizi izləyin