hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Paşinyanın növbəti hiyləgər gedişi: Qarabağ münaqişəsini niyə həll olunmamış sayır?

Paşinyanın növbəti hiyləgər gedişi: Qarabağ münaqişəsini niyə həll olunmamış sayır?

Aprelin 7-də Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan Moskva görüşündən sonra, Baş nazir həmin görüşdən məmnunluğunu ifadə edib.

Üç saat yarım davam edən görüşdən sonra, mətbuata açıqlama verən Paşinyan nədənsə ən çox əsirlər (Rəsmi Bakı onları terrorçu kimi tanıyır) və Qarabağ məsələsi ilə bağlı müzakirələr apardıqlarına diqqət çəkib. Bu isə Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.

Maraqlıdır, Nikol Paşinyan nəyə görə Rusiya rəshbəri ilə ən çox iki faktoru - əsirlər və Qarabağ məsələsini müzakirə etdiyini ön plana çəkib?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Nikol Paşinyanın Qarabağ münaqişəsinin həll olunmamasını deməsi, daxili auditoriyaya hesablanmış çıxışdır:

“Nikol Paşinyan Vladimir Putinlə görüşdən öncə, öz xalqına mesajlar ötürürdü ki, bax görürsünüz, mən Putinlə görüşürəm və deyirəm ki, “əsirlər” məsələsində Rusiya ilə eyni düşünürük, Qarabağ münaqişəsi həll olunmayıb. Amma o demək deyil ki, Putin də Paşinyanın dediklərini təkrarlayıb, xeyr. Sadəcə olaraq, Putin görüşdən öncə media vasitəsi ilə bunu mesajı verdi ki, gəlin oturub, məsələləri müzakirə edək. Putin nə “əsirlər”, nə də Qarabağ münaqişəsi mövzusunda bir söz dedi. Bunlar Putini maraqlandırmır. Bu Paşinyanı maraqlandırır. Çünki o, parlament seçkilərinə gedir və bilir ki, erməni xalqını bir “əsirlər” mövzusu, bir də Qarabağ məsələsinin tam həll olunmaması maraqlandırır.

Ona görə də onların səsini qazanmaq üçün bu fikirləri səsləndirir. Bu sadəcə, daxili auditoriyaya hesablanmış bir çıxışdır. Ona görə də biz gərək bu çıxışda dərin nəticələr axtarmayaq. Paşinyan, hətta Putinin demədiklərini səsləndirdi”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1046