hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Paytaxtda BAYRAM KONSERTİ: Ölkə rəhbərinin ad günü qeyd edilir

Paytaxtda BAYRAM KONSERTİ: Ölkə rəhbərinin ad günü qeyd edilir

Türkmənistanda Prezident Qurbanqulu Berdımuxamedovun ad günü qeyd edilir. Bu gün Berdımuxamedovun 63 yaşı tamam olur.

Cebhe.info xəbər verir ki, bu barədə "Ferqana" məlumat yayıb.

Məlumata görə, bu münasibətlə Aşqabadda bayram konserti keçiriləcək.

"Neytral Türkmənistan" hökumət qəzetində isə Berdımuxamedovla bağlı bir neçə məqalə dərc edilib.

Artıq bir neçə ölkıənin rəhbəri Berdımuxamedovu ad günü münasibətilə təbtik edib.

Qeyd edək ki, bu səbəbdən Berdımuxamedov Moskvada keçirilən Qələbə paradına qatılmamışdı. O, Rusiya Prezidenti Vladimir Putinə bu barədə izahat verərək bildirmişdi ki, Moskvadan qayıtdıqdan sonra 14 günlük karantin müddəti onun ad gününə təsadüf edəcəyindən Qələbə paradında iştirak edə bilməyəcək.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 859