hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Paytaxtda İZDİHAM:Yeni imperatorun tacqoyma mərasimi keçirilib

Paytaxtda İZDİHAM:Yeni imperatorun tacqoyma mərasimi keçirilib

Yaponiyada yeni imperatorun tacqoyma mərasimi üçün təntənəli parad keçirilib.

Cebhe.info xəbər verir ki, mərasim Tokionun mərkəzində təşkil edilib. SİTA-nın məlumatına görə, 400 metr uzunluğunda olan avtomobil karvanı Akasaka sarayından yola düşüb. Karvanın önündə olan avtomobildə monarx Naruxito və xanımı Masako əyləşib.

Onlarla birlikdə 4,6 kilometrlik məsafəni qtə etmək üçün 30 avtomobil yola çıxıb. Bu avtomobillərdə hökumət nümayəndələri əyləşib. Karvanı 198 motosikl və polis maşınları müşayiət edib. Naruxito qara rəngli  frakda olub. Onun yaxasına imperiyanın ali ordeni taxılıb. Xanımı isə açıq rəngli libas geyinib. O yaxasından ondan öncəki imperatriçədən qalma medal asıb. Maşın karvanını müşayiət emtək üçün minlərlə insan küçəyə çıxıb.
Aydın
Cebhe.info


Oxunma sayı: 628