hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Pediatr Təhsil Nazirliyinə səsləndi: "Şikəst təhsili bir də kor etməyin"

Pediatr Təhsil Nazirliyinə səsləndi: "Şikəst təhsili bir də kor etməyin"

Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb.

Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumtəhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qam-qam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Qeyd edək ki, yoluxma artarsa, ümumilikdə məktəblərin distant təhsilə keçiriləcəyi gözlənilir. Bu hal bir çox həkim və müəllimlər tərəfindən etirazla qarşılanıb.

Cebhe.info xəbər verir ki, pediatr Aytən İsmayılzadə də məktəblərin bağlanmağına, distant təhsilə keçirilməsinə etiraz edib:

"Nə qədər ki, virus özünü ağıllı aparır, siz də ağıllı qərarlar verin. Məktəbləri bağlamayın. Şikəst təhsili bir də kor etməyin".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 4918

Bizim Telegram səhifəmizi izləyin