hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Pediatr tibbi maska tələbinə qarşı çıxır: “Hipoksik vəziyyətdə olacaqlar”

Pediatr tibbi maska tələbinə qarşı çıxır: “Hipoksik vəziyyətdə olacaqlar”

Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Yeni növ koronavirusun ən çox təsir etdiyi sahələrdən biri də təhsildir. Belə ki, ölkəmizdə təhsil mart ayının 3-dən dayandırılmışdır. Bu gündən etibarən isə təhsil həm ənənəvi, həm də distant şəraitdə davam etdiriləcək. Bundan əlavə ənənəvi qaydada keçirilən dərslərdə müəllimlərdən maska taxmaq tələb edilib.

Pediatr Aytən İsmayılzadə həkimlərin mövcud dərs şəraitində tibbi maskadan istifadə edilməsinin məcburi olmağına etiraz edib.

O bildirib ki, sinifdə müəllimin maska taxması doğru deyil:

"Saat ərzində maskada qalıb danışmaq çox çətindir. Hipoksik vəziyyətdə olacaqlar. Müəllim maska niyə taxmalıdır? Kimdən özünü və ya özündən kimi qoruyur? Axı onun sinifdə qarşısında olanlar uşaqlardır. Uşaqlar isə gördüyümüz kimi risk qrupu deyil, yoluxsa da, çox yüngül keçirir, virus üçün münbit şəraitli məskən deyil, buna görə də digər insanlar üçün yoluxma mənbəyi olmur. Müəllimin özünün yoluxması yaxud onun uşağı yoluxdurması baş verməyəcək. Ən azından xəstə olan muəllim məktəbə gəlməyəcək. Simptomsuz keçirirsə belə deməli yenə yoluxma olmayacaq. Çünki sahibini simptomu verəcək dərəcədə xəstələndirə bilməyən virus yükü digər sağlam insan üçün təhlükə sayılmır".

Həkim qeyd edir ki, işinə görə daim uşaqlarla ünsiyyətdədir:

"Mən pediatram, mən də uşaqlarla işləyirəm, amma maska taxıram. Çünki uşağın yanında valideyn, nənə-baba gəlir. Müəllimin lövhə qarşısında uzaq məsafədə danışacaqsa heç taxmamalıdır. Qapalı məkandır deyib məsələni böyütməyək. Onsuz da muəllimlərin işi çətinləşib, üç növbə ilə dərs keçmək. Hələ bir də bunu maska ilə tələb etmək doğru deyil. Qapalı məkanda iş yerində maska taxmaq digər insanlara şamil oluna bilər. Amma yalnız uşaqlarla bir sinifdə olan müəllimə aid edilməli deyil".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 3576