hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Pekindən Vaşinqtona xəbərdarlıq: "Sona qədər vuruşacağıq"

Pekindən Vaşinqtona xəbərdarlıq: "Sona qədər vuruşacağıq"

Çin "ticarət müharibəsi"ni istəmir, lakin ondan da qorxmur.

Sputnik Azərbaycan bildirir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Qen Şuan bildirib.

"Əgər Birləşmiş Ştatlar bərabərhüquqlu məsləhətləşmələrə hazırdırsa, onda bizim qapımız açıqdır. Əgər Birləşmiş Ştatlar yalnız ticarət çəkişmələrinin bundan sonra da gərginləşməsini istəyirsə, onda biz qətiyyətli cavab verəcək və sona qədər vuruşacağıq", - deyə Şuan ötən gün ABŞ Prezidenti Donald Trampın Çinlə bağlı səsləndirdiyi bəyanatı şərh edərkən vurğulayıb.

O deyib ki, Çin liderinin iyunun sonunda Yaponiyada "G20" sammiti çərçivəsində Donald Trampla görüş keçirib-keçirməyəcəyinə dair hələlik məlumatı yoxdur.

Xatırladaq ki, ötən gün Donald Tramp bəyan edib ki, əgər çinli həmkarı Si Tsinpin "Böyük İyirmilər"in Osakada keçiriləcək sammitinə gəlməsə, ABŞ dərhal Çin məhsullarına yeni rüsumlar tətbiq edəcək.

Mayın ortalarında ABŞ-Çin ticarət danışıqlarının sonuncu raundu Çindən gələn mallara rüsumların qalxması fonunda nəticəsiz başa çatmışdı. O zaman ABŞ rüsumları 10%-dən 25%-dək artırmışdı.

Tramp həmçinin Çindən gələn və təqribən 300 milyard dollar dəyərində olan bütün digər idxalata qarşı rüsumların artırılması prosesini başlatmağı tapşırmışdı.

Cavab olaraq isə Çinin Maliyyə Nazirliyi bildirib ki, Pekin iyunun 1-dən etibarən ABŞ-dan gələn 60 milyard dollar dəyərində malın idxal rüsumunu artırıb.

Qeyd edək ki, "Böyük İyirmilər"in sammiti iyunun 29-da Osakada keçiriləcək.

Cebhe.info


Oxunma sayı: 1112