hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Pənah Hüseynin qərargahında insident: “Qışqırıq saldı ki, burada içki məclisləri düzəldilir”

Pənah Hüseynin qərargahında insident: “Qışqırıq saldı ki, burada içki məclisləri düzəldilir”

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin ofis kimi istifadə etdiyi AXP qərargahında insident baş verib. Ofisə gələn Pənah Hüseynlə AĞ Partiyanın başqanı Tural Abbaslı özünü qonşu kimi təqdim edən qadının etirazı ilə üzləşiblər.

Cebhe.info xəbər verir ki, bunu jurnalist Əvəz Zeynallı bildirib.

“Xeyli sual verəndən sonra qonşu qadın Marqaret Tetçerdən, Pənah Hüseyngilin komandasının xalqı bu günlərə necə salmasından danışıb və əlavə edib ki, onlar burada nə işlə məşğul olurlar, niyə buraya 100-lərlə adam gəlir? 9 aydır AXP-nin qərargahı kimi istifadə olunan ofisə isə heç bir zaman bu sayda adam gəlməyib və heç bir zaman kimsə etiraz etməyib. Partiya rəhbərləri dərhal 102-yə məlumat veriblər və polis bir müddətdən sonra əlaqə saxlayaraq Pənah Hüseyni 5-ci bölməyə dəvət edib. O, ayrı məsələdir ki, DİN Vilayət Eyvazov polisin 102 xidmətinə zəng edən vətəndaşı bölməyə çağırma səlahiyyətinin olmadığı haqqında sərəncam verib”,- deyə Əvəz Zeynallı sosial şəbəkə hesabında yazıb. Bildirib ki, həm Pənah Hüseyn, həm də Tural Abbaslı Prezident İlham Əliyevin də dəstəklədiyi dialoq prosesində yer alır. Onlar Ədalət Vəliyevlə görüşüblər və ölkədə siyasi qüvvələr arasında dialoq olması üçün ilkin söhbətlər aparıblar.

Məsələyə münasibət bidirən Pənah Hüseyn Əvəz Zeynallının baş verən faktı əsasən təsvir etdiyini deyib:

“Həmin gün əvvəlcədən Tural Abbaslı və Əvəz Zeynallı ilə ofis kimi istidə etdiyim ünvanda görüşməyi planlaşdırmışdıq. Əvəz bəy haqqında yazdığı hadisədən bir az sonra ora gəlmişdi və baş verəndən bu şəkildə bizdən xəbər tutmuşdu. Sözün doğrusu, başqa şəraitdə olsaydı, buna fikir verməmək də, rəsmiləşdirməmək də olardı. Ancaq arada buradan sədri olduğum siyasi partiyanın ofisi kimi də istifadə edirəm, iki gün əvvəl də burda 9 siyasi partiya sədrinin toplantısı barədə məlumat KİV- də getmişdi... Gecə saat 11 civarında iki nəfərlə səs- səmirsiz qapını açıb otağına girmək istəyirsən, bir qadın, yanında da bir -iki nəfər səni saxlayır, sonra da həyətə çıxıb qışqırıq salır ki, burda içki məclisləri düzəldilir. Hamı bilir ki, mən ümumiyyətlə, heç vaxt spirtli icki içmirəm, üstəlik Ramazandır, Ramazan bayramıdır”.

Partiya sədri bildirib ki,bununla bağlı 102 xidmətinə müraciət edib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3092