hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək - Prezidentdən FƏRMAN

Pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək - Prezidentdən FƏRMAN

Azərbaycanda pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək.

Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərman imzalayıb.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən indeksləşdiriləcək.

Cebhe.info


Oxunma sayı: 485