hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Pensiya, müavinət, sosial yardımı üzrə ödənişlər artıb

Pensiya, müavinət, sosial yardımı üzrə ödənişlər artıb

2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Cebhe.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0% və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib.

Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.

Naibə
Cebhe.info


Oxunma sayı: 540