hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Pensiyaçılara ödənilən vəsaitlər artıb

Pensiyaçılara ödənilən vəsaitlər artıb

2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib.

Cebhe.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.

Qeyd edək ki, pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 % indeksasiya edilərək artırılıb və artım 1,14 milyon pensiyaçını əhatə edib.

Həmçinin araşdırmalar nəticəsində 12 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb.

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin fəaliyyətinin davamı olaraq, son beş ayda 12,6 min şəxsə e-qaydada olmaqla proaktiv şəkildə pensiya təyin edilib.

Cebhe.info


Oxunma sayı: 947