t Pensiyalar nə qədər artacaq?- Ekspert rəqəm verdi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Pensiyalar nə qədər artacaq?- Ekspert rəqəm verdi

Pensiyalar nə qədər artacaq?- Ekspert rəqəm verdi

Sıravi vətəndaşların gözlədiyi mühüm xəbərlərdən biri də pensiyalarının bu il nə qədər artacağıdır.

Cebhe.info xatırladır ki, 2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 296 min nəfər olub.

İqtisadçı Rəşad Həsənov bildirib ki, təxminən 1 həftə sonra 2020-ci il üçün əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam təsdiqlənəcək: “Bu sərəncamla 2020-ci ilin yanvar ayının 1-dən etibarən əmək pensiyalarının nə qədər artırılacağı məlum olacaq. Qeyd edək ki, indeksləşmə pensiyaların sığorta hissəsinə tətbiq edilir. Amma budəfəki sərəncamda 2 göstərici öz əksini tapacaq. Çünki bu ilin iyul ayında “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliyə əsasən artıq indeksləşmədə iki göstəricidən (orta yalıq əmək haqqının artım səviyyəsi və infliyasiya göstəricisi) istifadə ediləcək. Belə ki, vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı (Məcburi Dövlət Sosial Sığorta Haqqı üzrə fərdi hesabda toplanan vəsait) istehlak qiymətləri indeksinə (infliyasiya) uyğun) faktiki pensiya alanların pensiyalarının sığorta hissəsi isə orta aylıq əmək haqqının artım tempinə uyğun aparılacaq.

2019-cu ilin yanvar-noyabr aylarının statistik nəticələrinə görə, orta aylıq əmək haqqı 15.4 faiz artıb. Dekabr ayında müvafiq göstəricinin nisbətən azalacağı ehtimal olunsa da, artım səviyyəsinin 14-15 faiz ətrafında olacağı proqnozlaşdıra bilərik. Yəni, pensiyaların ən az 14 faiz artacağı gözlənilir.

Lakin bu gün çalışaraq MDSSH ödəyən vətəndaşların fərdi hesablarında toplanan vəsait isə 2.6 faiz, yəni infliyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Başqa sözlə, sizin sığorta hesabınızda 5000 manat vəsait toplanıbsa, 130 manat artaraq 5130 manat olacaq. Hansı ki, əvvəlki qaydalarla bu göstərici 14-15 faiz artaraq 5700-5750 manat olmalı idi”.

Ekspert bildirib ki, maraqlı məqam burada ortaya çıxır: “2017-ci ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, pensiya və pensiya kapitalının indeksləşdirilməsi infliyasiya səviyyəsinə uyğun deyil, orta aylıq əmək haqqının artımı tempinə uyğun həyata keçirilməsi qərarlaşdırıldı. Hansı ki, həmin vaxt bunun doğru olmadığı haqqında fikirlərimizi media vasitəsi ilə qəraqəbuledicilərin diqqətinə çatdırmaq istədik. Çünki əksər ölkələrdə də bənzər indeksləşmə inliyasiya səviyyəsinə uyğun aparılır ki, pensiyaçının alıcılıq qabiliyyəti zəifləməsin. İndeksləşdirmənin mahiyyəti də məhz bundan ibarətdir. Ancaq 2019-cu ili ərzində qəbul edilən sosial poketlərin orta aylıq əmək haqqı səviyyəsinə təsirləri nəzərə alınaraq qanunun müvafiq bəndinə kiçik düzəliş edilməklə bu gün muzdla çalışan insanlarda da daxil olmaqla vətəndaşların fərdi hesablarının sığrota hissəsində toplanan vəsaitin infliyasiya səviyyəsinə uyğun, yəni daha aşağı səviyyədə indeksasiya edilməsinə qərar verildi”.

Ekspertin fikrincə, bu kimi davranışlar qəbuledilməzdir: “Çünki pensiya sistemi uzunmüddətli dövrdə proqnozlaşdırıla bilən olmalıdır. Əks halda, sistemə güvənməyən vətəndaş sığorta ödənişlərində, əmək münasibətlərinin leqallaşmasında maraqlı olmayacaq. Həmçinin, bu, eyni zamanda o anlama gəlir ki, sabah infliyasiya səviyyəsi daha yüksək olanda qanuna edilən dəyişilliklə yenidən indeksləşmə faizi dəyişdirilə bilər.

Ümumiyyətlə isə, daha yaxşı olar ki, “Vergi Məcəlləsi” və “Əmək pensiyaları haqqında” Qanuna sahibkarın və yaxud vətəndaşın əleyhinə dəyişiklik edidikdə, yeni qaydaların tətbiqinə ən az iki il sonra başlanılsın!”

Cebhe.info


Oxunma sayı: 5479