hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Pentaqon Azərbaycan ordusunun Qarabağ döyüşünü öyrənir - QƏRAR

Pentaqon Azərbaycan ordusunun Qarabağ döyüşünü öyrənir - QƏRAR

ABŞ Müdafiə Nazirliyi Rusiyadan "Mi-24" və ya "Mi-17" vertolyotları, habelə "An-2" (“Kukruznik”) yüngül təyyarələrini almaq istəyir.

Virtualaz.org xəbər verir ki, potensial müqavilə barədə sorğunun daxil olması barədə “Russia Today” bildirir.

Sorğuda qeyd olunur ki, Rusiya vertolyotları və təyyarələri taktika və silahlar barədə ABŞ ordusunun təlim kurslarında potensial rəqiblər qismində istifadə olunacaq. Bundan əvvəl də Pentaqon Rusiyadan müəyyən hərbi texnika alıb, onları ya təlimlərdə istifadə edib, ya üçüncü ölkələrə verib.

Lakin bu dəfə diqqəti An-2 yüngül mülki təyyarələri cəlb edir. İstehsalı çoxdan dayandırılmış və sovet dövründə kənd təsərrüfatında tətbiq edilən bu təyyarələr Pentaqonun nəyinə lazımdır? Rusiyalı hərbi jurnalist Boris Rojin hesab edir ki, bunun səbəbi Qarabağda noyabrın 10-da başa çatmış 44 günlük müharibə ilə bağlıdır.

“Çox güman ki, onların Qarabağda tətbiq olunmasının effektivliyini araşdırırlar. Hansı ki, Azərbaycan "An-2" təyyarələrini Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi”,-o bildirib.

Qeyd edək ki, Azərbaycan ordusunun bu unikal fəndi dünya hərb tarixində yenilik kimi qəbul edilir. Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi az qala hər gün “Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu” haqda raportlar verirdi. Hərbi əməliyyatların ilk 2-3 həftəsindən sonra onların “vurduqları hərbi təyyarələrin” sayı onlarla ölçülürdü. Lakin daha sonra üzə çıxdı ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz "An-2" təyyarələrini vurur və nəticədə öz mövqe rayonunu üzə çıxarır. Ardınca Azərbaycan ordusu həmin hava hücumundan müdafiə sistemini məhv edir.

Sovet dövründən Azərbaycanda onlarla "An-2" təyyarəsi qalmışdı onlar praktiki olaraq istifadəsiz qalmışdı. Və məlum olurdu ki, həmin təyyarələr sadə naviqasiya sistemləri ilə təchiz edilmiş pilotsuz təyyarəyə çevrilib və döyüşlərdə bu cür ağıllı fənddə istifadə olunub.

Cebhe.info


Oxunma sayı: 1948

Bizim Telegram səhifəmizi izləyin