hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Pentaqon rəhbəri: "ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq"

Pentaqon rəhbəri: "ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq"

Pentaqonun yeni rəhbəri Lloyd Ostin və Yaponiya müdafiə naziri Nobuo Kisi arasında telefon danışığı olub.

L. Ostin yaponiyalı həmkarına ABŞ-ın Çinin iddia etdiyi Senkaku adasını qoruyacağını vəd edib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ və Yaponiya arasında təhlükəsizliklə bağlı müqavilənin 5-ci bəndi Senkaku adasının da əhatə edir və Vaşinqton Şərqi Çin dənizində statsu-kvonun dəyişdirilməsinə yönələn istənilən cəhdə qarşıdır.

Qeyd edək ki, Yaponiyanın “Senkaku”, Çinin ‘Dyaoyuydao” adlandırdıqları ada iki ölkə arasında mübahisə mövzusudur. Yaponiya 1985-ci ildən adanın ona məxsus olduğunu, Çin isə 1783 və 1785-ci ildəki Yaponiya xəritələrində adanın Çin ərazisi kimi göstərildiyini bildirir. İkinci Dünya Müharibəsindən sonra ada ABŞ-ın nəzarətində olub, 1972-ci ilə Yaponiyaya təhvil verilib. Ancaq Çin və Tayvan hesab edir ki, Yaponiya adaya qanunsuz nəzarət edir.

Cebhe.info


Oxunma sayı: 1332