hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Pentaqon Türkiyəyə "yaşıl işıq" yandırdı

Pentaqon Türkiyəyə "yaşıl işıq" yandırdı

Türkiyənin Rusiyadan “S-400” raketdən müdafiə sistemini satın almasından sonra maliyyə və müdafiə sənayesi sahəsində təhdid və şantajlar edən ABŞ-da Türkiyənin "S-400" sistemlərinin satın alınmasına imkan verəcək qanun dəyişikliyi təklif edilib.

Cebhe.info xəbər verir ki, ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Tun Vaşinqton və Ankara arasında böhrama səbəb olan silah alışının qarşısının alınması üçün Türkiyənin aldığı “S-400” müdafiə sistemlərinin ABŞ tərəfindən alınmasını mümkün edəcək qaydalar təklif edib.

Təklif olunan düzəliş mətnində lazımi büdcə ilə “S-400” raketdən müdafiə sisteminin alınması və orduya ayrılması nəzərdə tutulur.

Pentaqonun Avropa və NATO üzrə keçmiş rəsmisi Cim Tounsend ABŞ-ın müntəzəm olaraq xarici texnologiya satın aldığını və həm “S-400”-ün texnologiyasını istifadə edə biləcəyini, həm də ABŞ taktikasını sınaya biləcəyini söyləyib.

Vaşinqton isə müttəfiqlərinin Rusiya sistemlərini almasına qarşı çıxaraq, “S-400”-ün NATO-nun müdafiə infrastrukturuna "uyğun olmadığını" və “F-35” üçün təhlükə yaratdığını iddia edir.

Sistemin alıcılarından biri olan Hindistan bunun daxili işlərə qarışmaq olduğunu vurğulayır, Türkiyə isə qərarlarını özlərinin verəcəyini bildirərək bu sistemi almaqdan imtina etməyəcəyi barədə bir neçə dəfə xəbərdarlıq edib.

Tünzalə
Cenhe.info


Oxunma sayı: 1255