hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir

Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin S-400 sistemləri almasına görə F-35 layihəsindən çıxarılması üçün prosesin başlandığını açıqlayıb. Pentaqonun açıqlamasında yer alan bir məqam diqqət çəkib. Açıqlamada Türkiyənin proqramdan çıxarılması ilə ABŞ-ın da milyonlarla dollar zərər görəcəyi qeyd olunub.

Unikal.org  xəbər verir ki, bu barədə türk mediası Türkiyənin proqramdan çıxarılmasının ABŞ-a 500-600 milyon dollar zərər vuracağını yazıb.

"Türkiyə bu qərarına görə iş imkanlarını və iqtisadi fürsətləri itirəcək. F-35 proqramı ilə bağlı 9 milyard dollarlıq bir itki olacaq. Türkiyə NATO-nun yaxın müttəfiqi olmağa davam edir və hərbi əməkdaşlığımız güclüdür. Türkiyə ilə çoxşaxəli əməkdaşlığımız F-35 ortaqlığının da sərhədlərini aşır. Türkiyənin proqramdan çıxarılması 500-600 milyon dollara başa gələcək. Hazırda Türkiyənin proqramdan çıxarılması ilə meydana gələcək detal əskikliyini doldurmağa köklənmişik", - ABŞ-dan bildirilib.

"Yeni Akıt"ın məlumatına görə, Türkiyədə F-35 proqramı çərçivəsində 937 adda detal istehsal olunur. Bu detallar Türkiyənin qabaqcıl təyyarə, kosmik və müdafiə sənaye obyektlərində istehsal edilir.

Cebhe.info


Oxunma sayı: 2971