hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Pepdən 500-cü qalibiyyət

Pepdən 500-cü qalibiyyət

İngiltərə Premyer Liqasının 5-ci turunun “Mançester Siti” – “Arsenal” (1:0) qarşılaşması ev sahiblərinin baş məşqçi Pep Qvardiola üçün əlamətdar olub.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bütün turnirlər daxil olmaqla karyerası ərzində çalışdırıcı kimi 500-cü qələbəsini qazanıb.

Bundan əlavə ispaniyalı məşqçi “şəhərlilər”lə 172-ci qalibiyyətini əldə edib.

Qeyd edək ki, “Mançester Siti”ni 2016-cı ildən çalışdıran Qvardiola “Barselona” (2008-2013) və “Bavariya” (2013-2016) kimi komandalarda da işləyib.

Cebhe.info


Oxunma sayı: 1200

Bizim Telegram səhifəmizi izləyin