hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Pərən-pərən salınan Xocalı: Soyqırım şəhəri indi harada və necə yaşayır? – BİZİM TƏQDİMAT

Pərən-pərən salınan Xocalı: Soyqırım şəhəri indi harada və necə yaşayır? – BİZİM TƏQDİMAT

Tarixdə insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından 29 il ötür.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın nizami hərbi qüvvələri və Dağlıq Qarabağdakı azğın terror birlikləri Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı misli görünməyən soyqırımı həyata keçirilib.

O dövr üçün ən müasir silah və texnika ilə təchiz edilmiş erməni-rus hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmaqla 613 nəfər təsəvvüredilməz vəhşiliklə qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1 275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin – aralarında 68 qadın və 26 uşaq var – aqibəti haqqinda bu günə kimi heç bir məlumat yoxdur.

Maraqlıdır, Xocalı əhalisinin sayı nə qədərdir? Onlar daha çox harada məskunlaşıblar?

Cebhe.info Xocalı rayonunun əhalisinin sayının bu günədək necə dəyişdiyini araşdırıb. Sözügedən araşdırmanı təqdim edirik.

Qeyd edək ki, Xocalı rayonu yaradılarkən 50 kənd, 2 qəsəbədən ibarət olub.

*1995-ci il Dövlət Statistika Komitəsinin hesabatında Xocalı əhalisinin sayı 23,6 min nəfər göstərilib.
*2005-ci ildə isə Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumata görə, Xocalı əhalisinin sayı 24,9 nəfər olub.
*2010-cu ildə isə Xocalı əhalisinin sayı 26,2 min nəfərə çatıb.
Sonrakı illərin göstəriciləri isə belədir:
*2011-ci il – 26,5 min nəfər
*2012-ci il – 26,7 min nəfər
*2013-cü il – 27 min nəfər
*2014-cü il – 27,2 min nəfər
*2015-ci il – 27,5 min nəfər
*2016-cı il – 27,8 min nəfər
*2017-ci il – 28 min nəfər.
*2018-ci ilin əvvəlinə Xocalı rayonunun 28,3 min nəfər əhalisi olub.

Soyqırımda sağ qalan xocalılılar Azərbaycanın 48 şəhər və rayonunda 500-dən çox kənd və qəsəbəsində sanatoriya, düşərgə, çadır şəhərciyi və xüsusi evlərdə müvəqqəti məskunlaşıblar.

Doğma yurdlarından didərgin düşmüş Xocalı sakinləri, o cümlədən Sumqayıtda məskunlaşmış 118 ailə dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır.

Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri işğaldan azad edilib və Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2729