hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Peterburqda azərbaycanlı bəy atası gəlinin qarşısında qoyun kəsdi

Peterburqda azərbaycanlı bəy atası gəlinin qarşısında qoyun kəsdi

Rusiyada oğluna toy edəndən sonra qoyunun başını kəsən ataya qarşı cinayət işi açılıb.

Virtualaz.org bildirir ki, hadisə Sank-Peterburq şəhərində baş verib.

Belə ki, 45 yaşlı azərbaycanlı oğlunun toyundan sonra çoxmərtəbəli yaşayış binasının həyətində qoyunun başını kəsib. Gəlinin və bina sakinlərinin gözü qarşısında baş verən hadisənin izləyiciləri bu görüntünü sosial şəbəkələrdə yayıblar.

Puşkin Rayon Polisi hadisə ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, belə bir hadisə Rusiyanın cinayət məcəlləsinə ziddir. Qanunu pozanlar, heyvanlara qarşı qəddarlığa görə müvafiq maddə ilə cəzalandırıla bilər.

Cebhe.info


Oxunma sayı: 672