hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Peyvənd antitel yaratmırsa, nə etməli? - TƏBİB əmin edir ki...

Peyvənd antitel yaratmırsa, nə etməli? - TƏBİB əmin edir ki...

Hazırda koronavirusla mübarizədə ən effektiv üsul peyvənddir.

Bir çox dünya ölkələri də peyvəndin etibarlılığını təsdiqləyib. Azərbaycanda da vaksin olunanların sayı günbəgün artmaqdadır.

Peyvənd haqqında məlumatlara əsasən, hazırda istifadədə olan bütün peyvəndlər ən azı 75-90% virusdan qorumağa, antitel yaratmağa malikdir.

Lakin peyvənd olunan insanların əksəriyyəti peyvəndin antitelin yaradıb-yaratmadığını yoxlatdırmır. Bunun bir digər səbəbi də antitel analizlərinin baha olmasıdır.

Peyvənd olunan insanlar antitelləri yoxlatdırmaq üçün 50 manat əlavə ödəniş etmək istəmirlər.

Bütün bunlara baxmayaraq antitellərini yoxladan insanlar da var. Lakin bu zaman məlum olub ki, peyvənd heç də bütün insanlarda antitel yaratmır. Bu zaman şəxs peyvəndin qoruyuculuğuna olan inamını da itirir.

Şəxsin 2-ci peyvənd üçün müraciət etməsinə isə icazə yoxdur. Antitel yaratmayan peyvənd şəxsin həm özünü, həm də ətrafdakıları təhlükəyə atır.

Maraqlıdır, şəxs peyvənd olunduğu halda antitel yaranmırsa, nə etməlidir? İkinci dəfə peyvənddən istifadə etmək niyə qadağandır?

Mövzu ilə bağlı Cebhe.info-nun sorğusuna TƏBİB-dən verilən məlumata görə, bütün peyvəndlər immunitet yaradır:

“Qan analizlərində nəticə görünməsə belə, hüceyrə səviyyəsində mütləq immunitet formalaşır. Tibbi tövsiyələrə görə vaksinlər arasında 6 ay müddət keçməlidir”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 4005