hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Peyvənd haqqında nələri bilməliyik? - “İnsan orqanizmində antitel varsa...”

Peyvənd haqqında nələri bilməliyik? - “İnsan orqanizmində antitel varsa...”

Məlumdur ki, koronavirusa yoluxub sonra sağalan şəxslərdə həmin virusa qarşı antitel yaranır.

Virusa yoluxmayan şəxslərdə isə antiteli yaradan vasitə peyvənddir. Lakin bəzi şəxslər virusu ev şəraitində, rəsmi qaydada test verib qeydiyyata düşmədiyinə görə onlarda antitel yarandığını göstərə biləcək hər hansı bir vasitə yoxdur. Ev şəraitində müalicə alan şəxslərin bir qismi orqanizmində antitel yarandığı üçün peyvənd olunmaqdan çəkinirlər.

Maraqlıdır, yoluxması rəsmən təsdiqlənməyən şəxslər peyvənd vurdurusa, orqanizmdə nə baş verər? Əgər orqanizmdə antitel varsa, peyvənd olunmaq ziyanlıdır, yoxsa antiteli daha da artıracaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının üzvü, Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, immun sistem orqanizmin əsas sistemlərindən biridir:

“İmmun sistem müxtəlif infeksiyon törədicilərdən orqanizmi qoruyur. İmmun sistemin düzgün funksiyası müxtəlif potegen törədiciləri aşkar etməkdir. Sağlam immun sistem xəstəlik törədicisini sağlam toxumadan fərqləndirməlidir. İmmun sistemin özünün iki alt sistemi var. Birinci, anadangəlmə immun sistemi. İkinci, qazanılma immun sistemi. Bu sistemlərin dediyimiz funksiyaları yerinə yetirmək üçün humoral və toxumaların hüceyrələrdə vasitəçi toxunulmazlığı var.

Yəni bu sistemlər funksiyalarını yerinə yetirmək üçün onlarda humoral toxunulmazlıq var. Humoral toxunulmazlıq bədənimizin əlaqəsini yaradan sistemlərdən biridir. İmmun sistem yaddaş deməkdir. Məsələn, yaddaş peyvəndi tanımalıdır. Hər hansı bir xəstəlik insan orqanizmində olursa, şəxs peyvənd olanda isə həmin o xəstəliyin forması bu və ya digər formada bədənə yeridiləndə artıq bədən onu yadında saxlayır”.

Həkim qeyd edib ki, insan orqanizmində antitel varsa, peyvənd zərərli deyil:

“Peyvəndin özü keyfiyyətlidirsə, hər hansı ziyan yoxdur. Əgər insanda xüsusi hallar, allergiyalar yoxdursa, peyvənd zərərli deyil. Peyvənd immun sistemin gücünü artırır. Peyvənd olunmuş orqanizm sağlam olur. Peyvənd xəstə və sağlam toxumaları bir-birindən ayırır və immun yaddaşı formalaşır. Orqanizmdə immun yaddaşın olması vacibdir”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 859