hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Peyvənd sınağı üçün meymun tapılmır

Peyvənd sınağı üçün meymun tapılmır

ABŞ-da peyvənd hazırlığı ilə məşğul olan dərman şirkəti laboratoriya üçün lazım olan meymunların tapılmamasından şikayət edib.

Cebhe.info xəbər verir ki, problem barədə "Moderna" və "Johnson & Johnson" şirkətləri məlumat verib.

Mətbuatın yazdığına görə, buna səbəb Çindən vəhşi heyvaların ABŞ-a gətirilməsinə qadağa qoyulması səbəb olub. Əvvəllər Çindən sınaq məqsədilə ABŞ-a meymunlar gətirilib, çünki peyvənd sınaqları üçün tələb olunan növ ABŞ-da yoxdur. Buna görə də peyvənd hazırlığı ilə məşğul olan şirkətlər arasında rəqabət var. Bir heyvan şirkətə azı 10 min dollara başa gəlib.

İndi isə həm də sınaq meymunlarının tapılmadığı barədə xəbərlər var.

Hazırda ABŞ-dakı 7 mərkəzdə 25 minə yaxın peyvənd saxlanılır.

O da bildirilir ki, hər il dünyada 150 milyona yaxın heyvan sınaqlar nəticəsində ölür.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1046