hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Peyvənd vurulsa da, antitel yaranmır – NİYƏ?

Peyvənd vurulsa da, antitel yaranmır – NİYƏ?

Hazırda koronavirusla mübarizədə ən effektiv üsul peyvənddir.

Bir çox dünya ölkələri də peyvəndin etibarlılığını təsdiqləyib. Bizdə də artıq vaksin olunanların sayı günbəgün artmaqdadır. Peyvənd haqqında məlumatlara əsasən, hazırda istifadədə olan bütün peyvəndlər ən azı 75-90% virusdan qorumağa, antitel yaratmağa malikdir.

Lakin peyvənd olunan insanların əksəriyyəti peyvəndin antitelin yaradıb-yaratmadığını rəsmi olaraq yoxlatdırmır. Bunun bir digər səbəbi də antitel analizlərinin baha olmasıdır.

Peyvənd olunan insanlar antitelləri yoxlatdırmaq üçün 50 manat əlavə ödəniş etmək istəmirlər.

Bütün bunlara baxmayaraq antitellərini yoxladan insanlar da var. Lakin bu zaman məlum olub ki, peyvənd heç də bütün insanlarda antitel yaratmır. Bu zaman şəxs peyvəndin qoruyuculuğuna olan inamını da itirir. Şəxsin 2-ci peyvənd üçün müraciət etməsinə isə icazə yoxdur. Antitel yaratmayan peyvənd şəxsin həm özünü, həm də ətrafdakıları təhlükəyə atır.

Maraqlıdır, şəxs peyvənd olunduğu halda antiteli yaranmırsa, o nə etməlidir? İkinci dəfə peyvənddən istifadə etmək niyə qadağandır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, əvvəlcədən antitellərin yoxlanması ilə peyvəndin olunub-olunmamasını bilmək olmaz:

“Antitellərin yoxlanmasına heç diaqnostikanın özündə icazə vermirlər. Avropada, Amerikada alimlər müəyyən etmişdilər ki, xəstəliyi keçirənlərin cəmi 4 %-də antitel yaranıb, qalanlarında yaranmayıb. Yəni bu o demək deyi ki, antitel yaranıb-yaranmaması ilə xəstə müəyyən etməlidir ki, burada virus var, yoxsa yoxdu. Vaksin olunduqdan dərhal sonra, ya da müəyyən vaxt sonra antitel yaranmır. Antitel gec də yarana bilər. Vaksin tədricən bədəndə yayılıb, müəyyən qədər antitel yaranmasında iştirak edir.

Ola bilər ki, yaşlı bir insan peyvənd olsun və o peyvənd onda antitel yaratmasın. Çünki yaşlı orqanizmdi, orqanizması kifayət qədər zəifdir. Nəticədə antitelin yaranması funksiyası pozulur”.

Həkim qeyd edib ki, ikinci dəfə peyvənd olunmaq, yaxud antitel yaradan dərmanlardan istifadə etmək məsələsi düzgün deyil:

“Digər bir tərəfdən təkrar peyvənd olunması məsələsi var. Qrafik üzrə əlavə dərmanların vurulması düzgündür. Lakin antitelə arxayın olub gedib əlavə dərmanlar qəbul etmək düzgün deyil. Məsələn, Almaniyada vaksinasiya prosesində şəxsə 2 iynə vurulur. Alimlər belə qərara gəliblər ki, 2-ci iynədən 1 il sonra 3-cü iynə də vurulmalıdır. Yoxsa qısa zamanda bədəndə xəstəliyə qarşı immun zəifləyəcək.

Bütün proseslər yeni olduğuna görə hələ heç kim bilmir ki, gələcəkdə necə olacaq. Bəlkə gələcəkdə müəyyən ediləcək ki, xəstəlikdən qorunmaq üçün 2, yaxud da 4 iynə vurulsun. Hələ bunlar dəqiq məlum deyil”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 705