hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Peyvəndin iki dozasını da vurduran qadın virusdan ölüb

Peyvəndin iki dozasını da vurduran qadın virusdan ölüb

Rusiyanın Sarov şəhərinin sakini peyvənd olunmasına baxmayaraq koronavirusdan vəfat edib.

Cebhe.info xəbər verir ki, o, yanvar ayında hər iki doza peyvənd olunub. Ancaq onda ümumiyyətlə, antitel yaranmayıb.

Yerli sakinlər ölən qadının şəkərli diabetdən də əziyyət çəkdiyini bildiriblər.

Həkim İrina İqnateva bildirib ki, peyvənddən sonra antitelin yaranmaması 1 faiz müşahidə olunur.

Regionda eyni zamanda koronavirusun 3 təhlükəli ştammı yayılıb- Britaniya, Hindistan və Cənubi Afrika ştammı. Vəfat edən qadın da Cənubi Afrika ştammına yoluxub. Ancaq o, yoluxma əfərəsində bölgədən kənara çıxmayıb.

Sarov qapalı administrativ-ərazi birləşməsi hesab olunduğuna görə onun statisktikası Nijeqorod vilayətinin statistikasına daxil edilmir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1948