hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Peyvəndlə bağlı dünyanın gözlədiyi araşdırma bitdi:Tromb və ölüm yaratdığı təsdiqləndi, ancaq...

Peyvəndlə bağlı dünyanın gözlədiyi araşdırma bitdi:Tromb və ölüm yaratdığı təsdiqləndi, ancaq...

Avropada “AstraZaneca" peyvəndi ilə bağlı qalmaqal davam edir. 20-yə yaxın ölkədə peyvəndin istifadəsinin müvəqqəti dayandırılmasından sonra Avropa Dərmanlara Nəzarət Agentliyi aparılan tədqiqatın nəticəsini araşdırıb. Tədqiqatda məqsəd sözügedən peyvəndin tromb yaratması barədə iddilara aydınlıq gətirmək olub.

Cebhe.info xəbər verir ki, Avropa Dərmanlara Nəzarət Agentliyinin farmakoloji risk komitəsi bununla bağlı yaydığı açıqlamda tombların nadir də olsa, qeydə alındığını təsdiqləyib. Bildirilib ki, tromblar əsasən sinir sistemində, daxili venalarda və arteriyalarda yaranıb. Qurum trombozla bağlı 62 hadisəni araşdırıb. Onlardan 24-ü daxili venalarda tromblaşma hadisəsidir.

Mütəxəssislər bildiriblər ki, hadisələrdən 18-i ölümlə nəticələnib. Simptomlar əsasən 60 yaşdan yuxarı qadınlarda vaksinasiyadan 2 həftə sonra özünü göstərir.

Təxmin edilir ki, bu, immun sistemin peyvəndə cavabıdır, ancaq konkret səbəb göstərilməyib: "Əldə edilən bu nəticələr xoşagəlməz təsirin üzə çıxdığı şəxsləridə risk faktorunun olduğunu söyləməyə əsas vermir".

Agentlik bildirib ki, “AstraZaneca” peyvəndi vurduran şəxslər özlərində xoşagəlməz vəziyyət hiss etidkləri an həkimə müraciət etməlidirlər. Bura tənginəfəslik, sinədə ağır, qarında ağrı, nevroloji simptom, bağ ağrısı, görmənin tədricən itməsi, peyvənd olunmayan yerdə dərinin altında qan nöqtələri daxildir.

Bunları qeyd etməklə yanaşı agentlik “AstraZaneca” peyvəndindən imtinanı vacib saymır: “COVID-19 xəstəxanaya yerləşdirmə və ölümlə bağlı yüksək riks daşıyan xəstəlikdir. Tromblaşma nadir hallarda yaranır".

Agentlikdən o da bildirilib ki, Avropa ölkələrində artıq 34 milyon nəfər “AstraZaneca" peyvəndi vurdurub.

Xəzər

Cebhe.info


Oxunma sayı: 5919