hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Peyvəndləmə necə gedir? - Deputat Şəkinin statistikasını açıqladı

Peyvəndləmə necə gedir? - Deputat Şəkinin statistikasını açıqladı

Məlum olduğu kimi, 18 yanvardan etibarən ölkə üzrə vaksinasiya prosesinə start verilib. Eyni zamanda, 18 yanvardan sərt karantin rejimində müəyyən yumşalmalara gedildi.

Vaksinasiya ilə bağlı Şəkidə olan mövcud vəziyyətlə bağlı rayonun deputatı Vüqar İskəndərovla danışdıq.

Deputat Cebhe.info-ya açıqlamasında koronavirus və vaksinasiya ilə bağlı son məlumatları söyləyib:

"Koronavirus müddətində Şəkidə ümumi olaraq 2 324 nəfər virusa yoluxub, onlardan 2 112 nəfər sağalıb, 93 nəfər isə dünyasını dəyişib. Vaksinasiya məsələsinə gəlincə, bu günə qədər 1 623 nəfər peyvənd olunub. Onlardan 22 nəfəri 65 yaşdan yuxarı, 751 nəfəri 50-65 yaş arası, 850 nəfəri isə 50 yaşdan aşağıdır. 26 yanvar tarixində isə ümumilikdə 174 nəfər peyvənd olunub".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3994