hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Peyvəndlərin tromboz təhlükəsi:"Milyardlar qazanmaq üçün..."

Peyvəndlərin tromboz təhlükəsi:"Milyardlar qazanmaq üçün..."

"Klassik yolla, yəni zəiflədilmiş və ya inaktivləşdirilmiş virus və ya mikrob kulturasından alınan peyvəndlərin, vektor peyvəndlərlə müqayisədə əlavə effekt kimi gözlənilən lokal və ya sistem təsirləri, nisbi də olsa yüksəkdir.

Lakin vektor peyvəndlərdən fərqli olaraq, klassik peyvəndlərdə virusun genom strukturu bütünlüklə saxlanıldığından, əmələ gələn antitellərin effektivliyi və etibarlıq potensialı da daha yüksək olur".

Cebhe.info xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

O, məlum peyvəndin ilk dozasını almış bir şəxsə, ikinci doza kimi digər peyvəndin vurulmasının düzgün olmadığını bildirib:

"Bildirmək istəyirəm ki, “Sinovac Biotech” şirkətinin yeni növ koronavirusa qarşı olan “CoronaVAC” peyvəndi inaktivləşdirilmiş selektiv virus ştammıdır. İnaktiv genom ardıcıllığını tanıdığından, immun sistem ona qarşı xüsusi əks reaksiya vermədən, yalnız qoruyucu antitellər hazırlayır.

"Vaxzevria" (martın 25-də “AstraZeneca” adı dəyişdirilərək “Vaxzevria” adlandırılıb) və “Sputnik V” vektorlu (viruslu) peyvəndlərə aiddir. "Vaxzevria"nın hazırlanması zamanı saprofit adenovirus ştammına COVID-19-un genomundan kəsilərək götürülmüş yalnız 2 subvahid nuklein tərkib yerləşdirilir. Lakin tərkibdə nuklein sıralanma ardıcıllığı göstərilmir. “Sputnik V” peyvəndinin hazırlanması da praktik olaraq eyni prinsip və şərtlər daxilindədir. Təbii ki, bu məxvilik gözləniləndir və müvafiq firma və ya birliyin istədiyi təqdirdə, 23 ilədək saxlanılacaq, hüquqi əsası olan patent sirridir.

Son iki peyvəndin əlavə effekt baxımından təklükəsizlik diapozonu “Sinovac”-dan yüksək olsa da, birinin digərinə nisbətdə COVID-19-dan qoruyuculuğunun fərqli əmsala malik olması heç bir şübhə doğurmur. Çünki bu iki peyvənd fərqli nuklein ardıcıllığına görə, heç bir haıda “substrakt makromolekulunun aktiv qruplaşmasına” eyni nöqtədə bağlana bilməz. Bu səbəbdən, son iki peyvəndə qarşı əmələ gələcək antitellərin potensial fəallığına təsir göstərəcək struktur ardıcıllığı və hüceyrə yaddaşına yazılma sahəsində identiflik təkrarın ola biləcəyini söyləmək də əsassızdır.

Odur ki, bu halda ikinci dozanın digər peyvəndlə aparılması qazanılan immunitetin möhkəmlənməsinə və ya virusa təkrar yoluxma baş verərsə, ilkin yoluxmadan fərqli olaraq, qoruyucu igG (immunoglobulin G) antitellərin 21 gündən sonra deyi, 3 gündən sonra əmələ gələcəyini düşünmək belə əsassızdır. Məhz bu səbəbdən, ilk dozanı almış hər hansı bir şəxsə, ikinci doza kimi digər peyvəndin, xüsusən vektorlu peyvəndlərin vurulması məsləhət deyil".

Professor qeyd edib ki, peyvəndlərin tromboz yaratdığı ilə bağlı yayılan fikirlər maddiyyat siyasətidir:

"Digər tərəfdən, hazırda "Vaxzevria" və ya “Janssen” kimi peyvəndlər ətrafında yaranmış mövcud böhranın səbəblərini bilmək, heç də dərin düşüncə tələb etmir. Diqqət edin, bu məlumatlar birinci, yəni Avropa peyvəndi haqqında ilk olaraq Amerikada ikinci, yəni Amerika peyvəndi haqqında isə Avropada yayılıb. Hazırda tam gücü ilə təbliğ olunur və insanların şüuruna yeridilir. Məlum həqiqət odur ki, bütün bunlar, COVID-19 adı altında insanların bədbəxtliyi üzərində milyardlar qazanmaq üçün aparılan rəqabətli mübarizə və bunun reallaşması üçün məlum icraçılara “sələmə” verənlərin düşünülmüş siyasətidir.

Bu peyvəndlərin guya tromboz və digər qorxulu fəsadlara səbəb ola bilməsinin əsasında da yalnız maddiyyat uğrunda rəqabətli mübarizə durur. Çünki tromboz, vaksinasiya olmasa belə, əhali populyasiyası arasında rast gəlinən, kifayət qədər geniş yayılmış məlum patologiyalardan biridir. Belə ki, hər il dünya əhalisinin hər 250 nəfərindən biri, yəni 31 milyon 411 min 416 nəfər trombozdan, 100 000 nəfər ağciyər emboliyasından, 450 000 nəfər insultdan ölür. Bu halda, peyvəndin söylənilən fəsadlarının baş vermə ehtimallığının faiz nisbəti belə, hətta sıfırın altındadır".

Naibə
Cebhe.info


Oxunma sayı: 716